Dosye.org-a Gəncə şəhərində yerləşən 38 saylı baxçadan maraqlı məlumat daxil olub.

Belə ki, Yeni il şənliyinə valideyinlərdən pul yığmaq kompaniyası uğursuz nəticələnib. Bütün bu xoşəgəlməz hadisələr baxçanın müdirəsi tərəfindən təşkil edildiyi bildirilsədə, əslində Gəncə şəhər icra hakimiyyətinin "dobrosundan” sonra baş tutur. Mənbənin bildirdiyinə görə sözügedən baxçada hər valideyindən 5-10 manat pul tələb edilib. İmkanlılar etiraz etmədən tələb edilən məbləği ödəyib. Lakin imkansızlar isə etiraz əlaməti olaraq internet səhifələrindən narazılıqlarını bildirib.

Etirazçllardan biri Zərqələm Bayramovun imkanı çatmadığı üçün övladı baxçada şənliyə buraxılmayıb. Lalə adlı baxça müəlliməsinin canfəşanlığı valideyinlər arasında narazılıqlar yaradıb. Etiraf edək ki,  Gəncə ŞİH başçısı Elmar Vəliyevin nəzərindən bu cür hallar yayına bilməz.

Atalar demişkən: Balıq başdan iylənər. Bəli, istənilən halda bütün məsuliyyət başçının üzərindədir. Əgər qarşı tərəf kimi Gəncə şəhər icra hakimiyyətindən münasibət bildirilsə ki, Elmar Vəliyevin xəbəri yoxdur, deməli başçı şəhərdə nəzarəti itirib. Yox əgər bildirilsə ki, icra başçısı bütün idarə, müəssisə və təşkilatlara tam nəzarət edir deməli yuxarıda yazdıqlarımız tam doğrudur. Pul yığma kompaniyası birbaşa icra başçısının göstərişidir.

Qarşı  tərəfin mövqeyini dərc etməyə hazırıq.

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300