Neftçalada ağır yol-nəqliyyat
hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Salyan-Neftçala
avtomobil yolunun Aşağı Surra kəndindən keçən hissəsində motosiklet yoldan
çıxaraq aşıb.
Nəticədə Salyan rayonunun Babazanlı kənd sakinləri, 1980-ci il təvəllüdlü
Qocayev Natiq Cahangir oğlu ağır kəllə-beyin travması və 1976-cı il təvəllüdlü
Salamzadə Mehdi Gündüz oğlu kəllə-beyin travması ilə Salyan Mərkəzi Rayon Xəstəxanasının
reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Neftçala rayon polis şöbəsində araşdırma aparılır.
Ulu Yol Xəbər portalı » Hadisə » Neftçalada motosiklet aşıb, 2 nəfər xəsarət alıb
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/