Bu rayonda məktəb direktoru olan qadınların çantaları ,
kişilərin isə corabları yoxlanılır.
Rüşvət, qanunsuzluq, özbaşınalıq, haqsızlıq hamısı bu rayondadır. Ölkənin ən
biabırçı təhsil idarəçiliyi , məhz bu rayona məxsusdur. Söhbət Ağdam rayonunun
təhsil sistemindən gedir. Baxça müdiri Mətanət Misirxanovanın Ağdam Rayon Təhsil
Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilməsindən sonra vəziyyət rəzalətə çevrilib.
Rüşvət əvvəl bir idisə , indi beşə qalxıb. Bu sahədə kifayət qədər səriştəsi
olmayan xanım Misirxanova , Təhsil Şöbəsini bazar qaydaları ilə idarə edir. 135
məktəb 500 manat rüşvət 67.500 manat pul Mətanət Misirxanova Ağdam Rayon Təhsil
Şöbəsinə rəhbər vəzifəyə gətirilməsinin iki ili tamam olmayıb. Amma yığdığı
rüşvətlər dodaq uçuqladır. Direktorlar Misirxanovanın əlindən qan ağlayır.
Çünki, verəcəkləri rüşvətə maaşı çatmayanlar , banklardan kredit götürüblər.
HƏR MƏKTƏBDƏN 500 MANAT
Gununsesi.info-ya müraciət edən Ağdam təhsil işçiləri deyir ki, martın 8-də hər
bir məktəbdən 500 manatdan pul yığılıb:
"135 məktəbdən 500 manat yığılanda , 67 min 500 manat edir. Bir dəfəyə bu qədər
yığılan pul fantastikadır. Bir ay ərzində 87 min 750 manat rüşvət…”
Şikayətçi direktor heyəti bildirir ki , mart ayı üçün rüşvət bununla
yekunlaşmayıb. Bir həftə keçməmiş 150 manat yığılmağa başlayıb :” Üstündən bir
həftə keçməyinə imkan vermədilər. Qoymadılar nəfəs alaq. Mətanət müəllimə bizi
çağırdı ki , Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov , quruculuq
və abadlıq işləri üçün 150 manatdan pul yığılmasını tələb edir. Hər direktor
verməlidir. Bu da 135 məktəbdən 150 manatla , 20 min 250 manat edir. Rüşvətdən
və özbaşınalıqdan cana doymuşuq. Bilmirik evimizə bir tikə çörək aparaq yoxsa
bunların cibini dolduraq”.
Narazı direktorlar əlavə edir ki, artıq aprelin rüşvət planı da hazırlanıb. Belə
ki , aprel ayında məktəb direktorlarının işə qəbulu keçiriləcək. Həmin
direktorlara Rayon İcra Hakimiyyəti tərəfindən rəy veriləcək. Rəyin qiyməti isə
200 manat məbləğində rüşvətlə müəyyən edilib.Qeydiyyata alınan namizədlər isə
40 nəfərdir. Bu isə 8 min manat edir. Buradan belə nəticəyə gəlmək olar ki,
direktorlara işə girməmişdən qabaq, rüşvətxorluq aşılanır. Direktorlar düşdükləri
vəziyəti feodalizm dövrü ilə müqayisə edirlər :
”Biz feodalizm dövrünü tarix kitablarından oxuyurduq. Öz başımıza gələndə əslində
gördük ki, feodalizm dövrü bizim rayonda-Ağdamda davam edir. Kəndlilər feodala
töycü verirdilər. Onun üçün əvəzi ödənilməyən işlər görür, yəni biyara gedirdilər.
İndi biz də, o vəziyyətdəyik. Bunlara töycü veririk. Niyə hansı səbəbə görə
bilinmir. Sadəcə ödəyirik. İşimizi itirməmək, çörəyimizi qazanmaq,
balalarımızın ac qalmaması üçün. Övladlarımızın boğazından kəsib Misirxanovanın
qarnın doydururuq”.
Qadın direktorların çantası kişilərin corablarını yoxlayırlar
Direktorlar bildirir ki, baş verən rəzalətlər bununla kifayətlənmir. Təhsil
nazirliyinin əməkdaşının etdiyi özbaşınalıqlar da sərhəd tanımır. Onlar Ağdam Təhsilində
bu cür zülümün heç vaxt görülmədiyini deyirlər :” Mətanət Misirxanova Təhsil
Nazirliyinin Daxili Nəzarət idarəsinin Ağdam rayonundakı əməkdaşı Məhəmməd
Aslanovla iş birliyi əsasında "soyğunçuluğu” həyata keçirir. Məktəbimizdə
saxtakarlığın olduğunu deyir və bu əsasla Məhəmməd Aslanovu üstümüzə göndərir.
O da gəlib biabırçı formada yoxlama adı ilə bizi təhqir eliyir. Onun apardığı
yoxlama isə heç bir normaya sığmır. Yoxlama adı ciblərimizi yoxlayır.
Qadınların çantasını, kişilərin corablarını yoxlayır. Dünyanın heç yerində belə
bir hal görülməyib. Bu adam bizim şərəfimizlə, ləyaqətimizlə oynayır. Mətanət
Misirxanovaya Məhəmməd Aslanovun elədikləri ilə bağlı məlumat veririk. O da
deyir ki, 5000-10000 gətirin verim ona, sizdən əl çəksin”.
"Verdiyiniz pullar Kənan Quliyevə çatır”
Kiçik bir araşdırma zamanı məlum oldu ki, Təhsil Nazirliyinin Daxili Nəzarət
idarəsinin Ağdam rayonundakı əməkdaşı Aslanov Məhəmməd Rafiq oğlunun
özbaşınalıqları, haqsızlıqları, heç bir əsas olmadan təhsil işçilərinin "rüşvət
alırsan” ittihamı ilə hədələməsi gün keçdikcə daha da ciddiləşir.
Özbaşınalıqları barədə aidiyyəti qurumlara müraciət edilsə də, heç bir nəticəsi
yoxdur :
”Bu haqda özünə də, etirazımızı bildirmişik. Deyir ki, Təhsil Nazirliyinin
Daxili Nəzarət idarəsinin rəisi Kənan Quliyev ona xüsusi səlahiyyət verib ki,
qadın müəllimlərin əl çantasını yoxlasın, məktəb direktorunun və digər səlahiyyətli
işçilərin iş otağını, seyflərini yoxlasın. 14 saylı qəsəbə orta məktəbin sabiq
direktoru Elman Abbasovun qanunsuz olaraq seyfini, ciblərini corablarını
yoxlayıb. Guya ordan rüşvət siyahısı taparaq direktorun işdən azad olunmasına
nail oldu. 30 mart 2017-ci il tarixdə eyni əməli 10 saylı ərazi hesablaşma mərkəzinin
mühasibi Mirzəyev Faiq Nurəddin oğlunun iş otağında da edib. M.Aslanov Faiq
Mirzəyevin iş otağına gələrək salam vermədən "sən rüşvət yığırsan” və sənin
otağında yoxlama aparacam deyərək Faiq Mirzəyevə zor tətbiq edib. Etik
normalara əməl etmədən, iş otağındakı seyfi və şakafları icazəsiz olaraq
yoxlayıb, Mirzəyevə məxsus qeydiyyat kitabını götürüb. Yaranmış vəziyyətlə əlaqədar,
Faiq Mirzəyev hüquqlarının pozulması ilə əlaqədar hüquq mühafizə orqanlarına və
Təhsil nazirliyinə M.Aslanovun qanunsuz əməlləri barədə şikayət edib. Məhz bu
şikayətə görə 10 saylı ərazi hesablaşma mərkəzinin rəisi Malik Vəliyev Faiq
Mirzəyevə zəng edərək " sən ya şikayətini geri götür, yada ki, işdən azad
olunacaqsan” deyərək xəbərdarlıq edib. Təhsil Nazirliyindən Kənan Quliyev zəng
edərək mənə tapşırıq verib ki, Faiq Mirzəyev şikayətini geri götürmədiyi halda
onu dərhal vəzifəsindən çıxart. Malik Vəliyev dediyi kimi də Faiq Mirzəyevi
qanunsuz olaraq işdən azad edib ".
Faiq Mirzəyevin çıxarılmasının səbəbi də məlum olub. Belə ki Misirxanova öz
adamı olan Samirə Məmmədovanı F.Mirzəyevin yerinə təyin etmək üçün bu cür yola əl
atıb. Bunun üçün də, ən effektiv variant Məhəmməd Aslanov olub. Bunun
qarşılığında Məhəmməd Aslanova yüksək məbləğdə razılaşması olub. Şikayətçi təhsil
işçiləri bildirir ki, M.Aslanov dəfələrlə belə şantaj və böhtanla "onun tələbinə”
əməl etməyən müəllim və məktəb direktorlarının işdən çıxarılmasına nail olub.
Ulu Yol Xəbər portalı » Region » Rüşvət və korrupsiya Ağdam təhsilini “yeyir”- Direktorlar təhsil şöbəsinin RƏHBƏRİNƏ QARŞI
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/