Qüdrət Şükürovun öz keçmiş kürəkənini döydürdüyü deyilir 

 .

Ölkə əhalisinin böyük əksəriyyəti çörək, işıqpulu, kredit və s. bu kimi qayğılarla yaşayarkən məmurlar cah-cəlal içində üzür. 400 min dollara başa gələn toy məclisi, Maldiv adalarında istirahət, bahalı maşınlar, özəl yaxtalar və s. Özü də bütün bunlar Azərbaycanda oliqarx kimi tanınan nazirlərə yox, ilk baxışdan sıradan bir çinovnik kimi görünən adamlara da aiddir. Əgər kimsə iddia etsə ki, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov və onun ailəsinin hər bir üzvü milyonlara sahibdir, buna az adam inanar. Amma…

 .

"Basta” saytına Qüdrət Şükürovun öz keçmiş kürəkənini xüsusi qəddarlıqla döydürdüyü haqda məlumat daxil olub. Bildirilir ki, Qüdrət Şükürovun qızı Aysel Şükürova bir neçə il bundan öncə  birinci həyat yoldaşı Elşən Əsgərlidən boşanaraq 2-ci dəfə ailə qurub. İddiaya görə, birinci nigahdan dünyaya gətirdiyi uşağı atasından icazəsiz – saxta sənədlə xaricə aparmaq istəyib. Amma uşağın atası Elşən Əsgərli bundan xəbər tutaraq, övladının xaricə aparılmasına əngəl yaratdığı üçün tərəflər arasında yeni konflikt yaranıb.

 .

Verilən məlumata görə, bundan sonra Qüdrət Şükürov keçmiş kürəkəni Elşən Əsgərli ilə haqq-hesab çəkmək qərarına gəlib.

 . 

"Qüdrət Şükürov yeni kürəkəni Oqtaya 6 nəfər qoçu qoşaraq, onları keçmiş kürəçəni Elşən Əsgərlinin üzərinə göndərib, ona ağır bədən xəsarətləri yetirilib. Bununla bağlı Nərimanov polisinə şikayət edilsə də, hadisəni törədənlər məlum olsalar da, polis heç bir tədbir görmür”, – mənbə bildirir.

 .

Mənbənin sözlərinə görə, bu gün, aprelin 12-də Elşən Həsənli hadisənin baş verdiyi Nəsimi Rayon Polis İdarəsinə çağırılıb: "Polis onu xəsarətlərinin rəsmiləşdirilməsi üçün  tibbi ekspertizaya göndərib. Onun üzundə, belində, ayağında ağır xəsarətlər var, ekspertiza bunu təsdiqləyib. Amma onu döyənlər saxlanılmayıb”.

 .

İlk baxışda ailə-məişət məsələsi kimi görünən bu məlumatda iki məqam diqqət çəkir: məmurun adı ilə bağlı olan cinayətin hüquq-mühafizə orqanları tərəfindən ört-basdır edilməsi və Bakı Lift İdarəsinin var-dövləti haqda iddialar.

 .

Qeyd edək ki, Qüdrət Şükürovun adı mediada bir sıra korrupsiya işlərində hallanıb. Bakı Lift İdarəsi Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir. İddialara görə Bakı meri Hacıbala Abutalıbov Qüdrət Şükürovu bu idarənin rəisi postuna Rövnəq Abdullayevin tövsiyyəsi ilə təyin edib. .

Mənbə bildirir ki, Şükürovların Dubayda evləri, bahalı maşınları və özəl yaxtası var. .


Yeni kürəkən özəl yaxtada



Bu avtomobilin Azərbaycana gətirilmədiyi, Dubaydakı villada saxlandığı və orada istifadə olunduğu deyilir


 .

İddiaya görə, Qüdrət Şükürov təhcə qızının toyundan klip çəkilməsinə və qızı ilə yeni kürəkəninə mahnı yazdırılmasına 38 min dollar pul xərcləyib.

"Toya ümumilikdə 400 min dollar pul xərcləyib. Yeni kürəkəninə isə toyun səhəri 250 min manat dəyərində "Porşe” hədiyyə alıb”, – mənbə deyir.

 

.

Aysel Şükürovanın əvvəllər DİN-nin Xarici Pasport İdarəsinə çalışdığı, amma polis sıralarından xaric edildiyi də iddilar sırasındadır (bastainfo.com)

 

Uluyol.info 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300