va`qif-a`bdula`yev

Son zamanlar rayon icra başçılarının idarə və müəsissə rəhbərlərindən vəsait yığmaları ilə bağlı mətbuatda davamlı şəkildə xəbərlər yayılır. Azerinfo.org-un elektron ünvanına Beyləqan rayonunda fəaliyyət göstərən idarələrdən birinin baş mühasibindən ilginc məlumat daxil olub.

Həmin məlumatda qeyd olunur ki, Beyləqan rayonunun icra başçısı Vaqif Abdullayev 28 dekabr 2015-ci ildə məzuniyyətə çıxıb. Ancaq icra başçısı məzuniyyətə çıxmamışdan bir həftə əvvəl bütün idarə rəhbərlərinə 1500  manat gətirmələri göstərişini verdiyi bildirilir.

İddiaya görə, Vaqif Abdullayev məzuniyyət vaxtı xərcləyəcəyi vəsaiti idarə və müəsissə müdirlərindən istəyib. Hətta buna hazırki böhran vəziyyətini əsas gətirərək, etiraz edənlərin sərt şəkildə cəzalandırılmaqla hədələndiyi də vurğulanmaqdadır.

V.Abdullayevin ümumilikdə 8 idarə müdirindən 15 (on beş) min manat pul topladığı söylənilir.

Qeyd edək ki, Beyləqan icra başçısı Vaqif Abdullayevin idarə müdirlərindən bu şəkilə "hesab” istəməsi ilə bağlı ilk xəbər deyil. Belə ki, hər ay büdcə təşkilatlarının icra başçısına "aylıq” hesab verdiyinə dair söz-söhbətlər rayonda uzun müddətdən bəri yayılıb.  (Azerinfo.org)

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300