"Sovetski”dəki "Hacı Cavad” məscidinin söküntüsü dayandırılıb”.

 

Uluyol.info APA-ya istinadən xəbər verir ki, bunu Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Bakının "Sovetski” adlanan ərazisində "Hacı Cavad" məscidinin söküntüsü ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

 

O bildirib ki, məsələ ilə bağlı icma üzvləri ölkə rəhbərliyinə müraciət etməlidirlər: "Məscidin sökülməsi müvəqqəti dayandırıldı. Bakı şəhər İcra Hakimiyyəti yeni məscidin tikintisi üçün yer ayırmalıdır. Bunun üçün icma üzvləri Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlara İş üzrə Dövlət Komitəsinə müraciət etməlidirlər. Bu məscid tarixi abidə kimi siyahıda yoxdur. Məscid kimi də icması qeydiyyata alınmayıb. Sadəcə, insanlar burada ibarət edirlər".

 

İcra başçısı deyib ki, Bakı şəhərinin Baş Planına uyğun olaraq, hazırda "Sovetski” adlanan ərazidə abadlıq-quruculuq işləri aparılır, yol infrastrukturu yenilənir: "Bu bina da plana düşüb, sökülməlidir. Rəhbərlik də tapşırdı ki, binanın söküntüsünü hələlik dayandıraq, yeni məscidin tikilməsi üçün yer müəyyənləşdirilsin, sonra söküntü aparılsın".

 

"Onu da qeyd edim ki, belə binalar Rayon İcra Hakimiyyətinin tabeliyində deyil. Bir məscid kimi mövcud olmadığı üçün Dövlət Komitəsinə, tarixi bina olmadığı üçün də Mədəniyyət və Turizm Nazirliyinə hər hansı aidiyyatı yoxdur. Məsləhət gördüm ki, dövlət məscidin tikintisinin dayandırılmasını tapşırıbsa, icma üzvləri də aidiyyəti qurumlara müraciət etsinlər. Onlar da bununla razılaşdılar", - icra başçısı deyib.

 

Qeyd edək ki, bu gün Bakının "Sovetski” adlanan ərazisində "Hacı Cavad” məscidinin söküntüsü bir qrup şəxs tərəfindən narazılıqla qarşılanıb.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300