Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə"Hacı Cavad” məscidi dini icması tərəfindən açıq məktub ünvanlanıb.


"Bakı şəhəri Yasamal Rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən "Hacı Cavad” məscidi dini icması tərəfindən müraciət

Hörmətli Cənab Prezident! Müasir Azərbaycanımızın quruculuğunda daim iştirak etməyiniz hər kəsin gözü qarşısındadır. Bir sıra yeni təhsil, müalicə və digər ictimai müəssisələr bilavasitə Sizin təşəbbüsünüz nəticəsində ölkəmizin müxtəlif yerlərində ucaldılmışdır. Mədəniyyət və tariximizə göstərdiyiniz qayğı xüsusi ilə qeyd edilməlidir. Biz də öz növbəmizdə səmərəli fəaliyyətinizi rəhbər tutaraq "Sovetski" ərazisi kimi tanınan və Abulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidi ətrafinda bu günlərdə baş verən prosseslərlə bağlı Sizə müraciət etməyə qərar verdik.

Bildiyiniz kimi ərazidə yenidənqurma işləri davam etdirilməkdədir. Şəhərimizin müasir standartlara cavab verən infrastrukturun yaradılması bizi sevindirməkdədir, lakin yuxarıda qeyd olunan məscidin tarixi abidə (XİX-cu əsrin tikilisi, dövlət tərəfindən qorunan, inventar №-si 3511) olmasına baxmayaraq sökülmə təhlükəsi ilə üzləşmişdir.

Belə ki, 08.04.17-ci il tarixində məscid yaxınlığına təşrif buyuran Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev abidənin yaxın günlərdə söküləcəyini bəyan etmiş və bununla bağlı artıq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qərar qəbul edildiyini bildirmişdir. Bizdə olan məlumata görə isə belə bir qərar mövcud deyildir. Məscidin sökülməsinin səbəbi kimi isə ərazidə aparılan yenidənqurma işləri və yeni avtomagistral yollarının çəkilişili göstərilir. Lakin, nəzərinizə çatdırmaq istəyirik ki, avtomagistral yolları artıq çəkilmiş və məscid ərazisinə düşməmişdir. Ərazidə yaşayan insanlar, məscidə gələn inanclılar və ictimaiyyətin bir çox nümayəndələri məscidin sökülməsi təhlükəsindən narahatçılıqlarını bildirmiş və Sizə rəsmi şəkildə edilən müraciəti dəstəkləmişlər.

Sizin 2017-ci ili "İslam Həmrəyliyi İli” elan etməniz, yaxın günlərdə ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının və digər beynalxalq səviyyəli mötəbər tədbirlərin keçirilməsi yalnız simvolik yox, həm də tarixdə iz qoyacaq hadisələrdən hesab edilir. Tarix və mədəniyyətimizin ayrılmaz hissəsi İslam dininin atributu olan məscidin sökülməsi bu həssas dönəmdə Azərbaycanımızın dostlarının kədərinə, düşmənlərin isə sui-istifadəsinə səbəb ola bilər.

Hörmətli Cənab prezident,yuxarıda qeyd olunan məsələ ilə bağlı bizə köməklik etməyinizi xahiş edirik. Sizin vasitəniz sayəsində tarixi abidənin qorunması bir çox insanın sevincinə səbəb olacaqdır. Uca Yaradan görülən hər gözəl işin mükafatını heç vaxt əvəzsiz qoymaz.Hörmətlə, Hacı Cavad məscidinin dini icması"

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300