Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin həyata keçirilməsini şərh edib.

"Report” "Anadolu” agentliyinə istinadən xəbər verir ki, yolun açılışı bu ilin iyun ayına planlaşdırılır.

Ə.Arslanın sözlərinə görə, BTQ Türkiyənin şərq əyalətlərinin iqtisadi inkişafına töhfə verəcək: "Türk istehsalçılarının məhsulları Qarsdakı loqistik mərkəzdən dünyanın müxtəlif ölkələrində çatdırılacaq, bu da çatdırılma prosesini sürətləndirəcək və məhsulun maya dəyərini azaldacaq”.

Layihənin detallarına gəlincə, nazir qeyd edib ki, Qarsdan Bakıya bir dəmiryol xətti fəaliyyət göstərəcək, sonrakı mərhələdə daşımalar Qazaxstan və Türkmənistanın üzərindən Çinə qədər davam etdiriləcək. "Söhbət dəmir yolu vasitəsilə çox böyük həcmdə daşımalardan gedir", - Arslan bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300