Müsavat Partiyasının Məclis üzvü Cahangir Əmirxanlı və partiyanın Gəncə şəhər təşkilatının sədri Oqtay Məmmədli polis idarəsinə çağırılıb. Məlumatı Müsavatın Gəncə şəhər təşkilatı verib.

Müsavat Partiyasının mətbuat xidmətindən "Basta”ya verilən məlumata görə bu gün Müsavat Partiyası Mingəçevir təşkilatının sədri Nurəddin Rüstəmli səhər saatlarında polisə dəvət olunub. Saat 09:00-da polisdə olan Nurəddin Rüstəmlidən bu vaxta kimi heç bir məlumat yoxdur.

Daha bir partiya üzvü, Mətanət İsmayıl da polisə çağrılması barədə partiya rəsmilərini bilgiləndirib.

Ən son məlumata görə Müsavat başqanının daha bir müşaviri Mərdan Mehdili və Qubadlı Rayon Təşkilatının sədri Nazim Azadoğlu da, bölməyə çağırılıb.

Xatırladırıq ki, ötən günMüsavat başqanının müşavirləri Ramazan Əliyev və Elman Həsənli Polis bölməsinə çağırılıblar.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300