AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) "Azərbaycan müəlliflərinin Qərbi Avropa dillərində nəşr olunmuş ədəbiyyatları, çap əsərləri, digər nəşrlərinin təqdimatı” keçirilib.
Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova kitabxanada elmi ictimaiyyətlə bölüşəcək çox sayda məlumatın, mənbələrin olduğunu, bu səbəbdən də sistemləşdirərək ictimaiyyətə təqdim etdiklərini bildirdi. Xüsusilə "Milli Rəqəmsal Yaddaş” layihəsinə diqqət çəkən L.İmanova bu istiqamətdə Azərbaycanın xaricdəki səfirliklərinin də yaxından iştirak etdiklərini dedi. O, layihənin akademiyanın müəssisələri ilə əməkdaşlıq səviyyəsində həyata keçirilməsi üçün bütün institutlara müraciət edildiyini və müsbət nəticələr aldıqlarını iştirakçıların nəzərinə çatdırdı. Beynəlxalq mübadilə haqqında danışan direktor Türk dilində olan elektorn kataloqun yaradılması istiqamətində aparılan işlər haqqında da məlumat verdi.
Təqdimatçı Fondların mühafizəsi bölməsinin, Qərbi Avropa ədəbiyyatı fondunun əməkdaşı Aybəniz İsmayılova Qərbi Avropa ədəbiyyatı fondunun 82 bölmədən ibarət olduğunu deyərək, fondda 150 milyon jurnal, 9 min nəşri davam edən ədəbiyyat, 62 minə yaxın kitabın mühafizə olunduğunu diqqətə çatdırdı. Sonra tədbir iştirakçılarını fondda saxlanılan ədəbiyyatla tanış edən A.İsmayılova Nizami Gəncəvi, Füzuli, Əliağa Vahid, Mirzə Fətəli Axundov kimi ədiblərin Qərbi Avropa dillərinə tərcümə edilmiş kitabları, toplanmış əsərləri ilə, eyni zamanda Şah İsmayıl Xətai, Mirzə Şəfi Vazeh, həmçinin "Kitabi Dədə Qorqud” eposunun tərcümə edilmiş variantı ilə iştirakçıları tanış etdi.
Çıxışçı Sevinc Səmədova müasir yazarlarımızın, o cümlədən Çingiz Abdullayevin Qərbi Avropa dillərinə tərcümə edilmiş əsərlərindən, Kamal Abdulla, Elçin kimi yazarların kitabları haqqında geniş məlumat verdi.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova bədii tərcümənin xalqlar arasında qarşılıqlı əlaqələrin genişlənməsində önəmli yer daşıdığını, müstəqillik illərində tərcümə işinə xüsusi yer ayrıldığını vurğuladı.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı şöbəsinin müdiri, Bakı Slavyan Universitetinin professoru Gülər Abdullabəyova elmin inkişafı istiaqamətində aparılan dövlət siyasətini yüksək qiymətləndirib. O, tərcümə işinin Azərbaycanda Avropa ədəbiyyatının, Avropada Azərbaycan dilinin geniş yayılmasına səbəb olduğunu bildirib. Çıxışçı MEK-də keçirilən təqdimatlardan razılıqla bəhs edib.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Mərcan Sofiyeva Azərbaycan tərcümə ədəbiyyatının tarixinə nəzər salaraq mənbələrdən bəhs edib. O, 1551-ci ildə Osmanlı imperiyası ilə Fransız nümayəndə heyətinin görüşündə fransızların Nəsiminin şeirlərini səsləndirməsini Azərbaycan ədəbiyyatına daha öncədən marağın olması kimi dəyərləndirdi.
Tədbirdə fondda qorunan kitablar və slaydlar nümayiş etdirildi. Bildirildi ki, MEK-də keçirilən tədbirlər və görülən işlər üç dildə yayımlanan mek.az saytında və kitabxanaya məxsus sosial şəbəkələrdəki səhifələrdə operativ şəkildə işıqlandırılır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300