"Bu gecə Amerikanın Aralıq dənizindəki gəmilərindən İdlibə qarşı kimyəvi hücumun həyata keçirildiyi aviabazaya hücum edildi. Suriya aviabazası vuruldu. Suriyanın törətdiyi müharibə cinayətlərinə qarşı atılmış bir addım olaraq bunu müsbət qarşıladığımızı buradan elan etmək istəyirəm".

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya sərhədindəki Hatay şəhərində keçirdiyi mitinqdə çıxışında deyib. O bildirib ki, Türkiyə Suriya xalqının təhlükəsizliyini təmin edən bütün təşəbbüsləri dəstəkləyir: "Suriya rejimi İdlibdə vəhşi qətliam törədib, günahsız, müdafiəsiz uşaqlar kimyəvi silahlarla qətlə yetirilib. İnsanları qətlə yetirənlərin özünü təhlükəsiz hiss etməyə haqqı yoxdur. Heç kəs insan qətlini İŞİD-lə mübarizə pərdəsi altında gizlədə bilməz".

R. T. Ərdoğan ABŞ-ın addımını yetərli görmədiyini də söyləyib: "Mən bunu yetərli görmürəm. Davam etdirmək zorundayıq. Artıq məzlum Suriya xalqını qorumaq üçün hər sahədə addımlar atılmasının zamanı gəlib. Bizə görə, son hadisələr Suriyada terrordan azad edilmiş təhlükəsizlik zonaları yaratmaq barədə mövqeyimizin haqlı olduğunu ortaya qoydu".

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300