Sellər sular daşdımı,
Çay məcrasını sıxdımı,
Su hirsini daş qayaya çırpdımı,
və susdumu
Bilki, hardasa pozulmuş nizam!
Bilki, var hardasa gözü yaşlı Anam.
Azərbaycan torpaqlarının bütövlüyü uğrunda müxtəlif xalqların nümayəndələri rəşadət göstərmişdir.Uluyol.info-nun"Şəhidlərimizi hər gün anaq" layihəsindən bu dəfə Paşin Sergey Nikolayeviç haqqında olacaq.
Sergey Nikolayeviç 1973- cü ildə Neftçala rayonu Bankə qəsəbəsində dünyaya göz açmışdır.Qəsəbədəki orta məktəbin 8-ci sinifini bitirib.Bundan sonra Bakıya yollanan Sergey Zığ qəsəbəsində işləməyə başlayır.
1992-ci il mayın 15-i cəbhəyə yola düşür.1994- cü il Aprel ayının 6-da Ağdam uğrunda gedən döyüşlərdə qəhrəçancasına şəhid olur.Məzarı Neftçala rayonu bankə qəbiristanlığındadır.
Araşdırmaçı-yazar Tamella Əliyevanın "Analar deyir ki..." kitabında Sergey Nikolayeviç haqqında qeyd olunur:
"Qalina ananın dedikləri: Mənim atam-anam bu torpaqlarda yaşayıb, burada da dəfn olunub.Onlar kimi mən də bu torpaqları özümə Vətən hesab edirəm.Sergeylə üç oğlum, bir qızım vardı.Böyük oğlum Yura Rusiyada yaşayırdı.Dəfələrlə Sergeyə məktub yazıb Rusiyaya  çağırmışdı.Mən başa düşürdüm Yuranın narahatlığını.Müharibəyə görə idi.Sergeydə bunu başa düşürdü.Ancaq Yuranın bu hərəkəti onu yamanca əsəbləşdirirdi.Deyirdi ki, müharibə olmayanda Azərbaycanda yaşamaq yaxşı idi, müharibədir, qaçmaq lazımdır?!Özü getdi komisarlığa.Cəbhəyə getmək istədiyini bildirdi.İki İL Allah pənahında saxladı.Görünür taleyinə şəhidlik yazılıbmış.Elə hey deyirdi ki, qələbə ilə qayıdacam, qəhrəman olacağam.Arzusu yerinə yetmədimi?!"
Anlamış dünya özü , bu torpağın hikmətinə,
Suyunun həm duzunun buğda təki nemətinə.
Elvin İBRAHİM, uluyol.info


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300