Bu ilin ilk üç ayında Azərbaycanda doğulan körpələrə verilən adlar açıqlanıb.

"Report" Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu ilin ilk 3 ayında uşaqlara daha çox verilən adlar arasında ilk onluğa düşənlər Yusif (bu ilin ilk 3 ayında470, son beş ildə 16625), Zəhra (395, son beş ildə 15608), Hüseyn (287, son beş ildə 11329), Nuray (373, son beş ildə 11265), Əli (337, son beş ildə 11066), Fatimə (247, son beş ildə 10788), Zeynəb (247, son beş ildə 7906), Aylin (238, son beş ildə 7879), Ömər (250, son beş ildə 7610), Ayan (160, son beş ildə 7450) adları olub.

Bundan başqa, bu il ərzində körpələrə verilən adlar arasında Məhəmməd (bu il 232, son beş ildə 6961), Murad ( bu il 210, son beş ildə 6867), Məryəm (250, son beş ildə 6004), Mələk (240, son beş ildə 5652), Xədicə (144, son beş ildə 5559), Ayxan (170, son beş ildə 5130), Gülay (131, son beş ildə 4811), Uğur (230, son beş ildə 4739), Leyla (144,son beş ildə 4737), İbrahim (143, son beş ildə 4611), Tunar (159, son beş ildə 4539), Dəniz (214, son beş ildə 4397), Fidan (100, son beş ildə 4380), Kənan (105, son beş ildə 4042), Nihad (98, son beş ildə 3887), Səma (127, son beş ildə 3841), Nəzrin (100,son beş ildə 3727), Həsən (97, son beş ildə 3427), Yağmur (80, son beş ildə 3399), Ümid (99, son beş ildə 3256), Fərid (71, son beş ildə 3102), Emil (94, son beş ildə 2978), İsmayıl (72, son beş ildə 2934), Aysu (85, son beş ildə 2893), Rəsul (107, son beş ildə 2876), Ramal (70, son beş ildə 2725), Amin (69, son beş ildə 2431), Nihat (75, son beş ildə 2425), Nərmin (66, son beş ildə 2413), Əsma (75, son beş ildə 2411), Mehdi (84, son beş ildə 2404), Aydan kimi (59, son beş ildə 2385) adlar üstünlük təşkil edib.

Bu il və eləcə də son beş ildə doğulan körpələrə ən az verilən adlar arasında isə Dilavər (bu il 2 ad, son beş ildə 36), Gülçöhrə (3, son beş ildə 61), Pirəli (0, son beş ildə 6), Durna ( 2, son beş ildə 24), Durnatel (0, son beş ildə 1), Seyfi (0, son beş ildə 6), Seyfəddin (2, son beş ildə 40), Qulaməli (bu il 1 nəfər, son beş ildə 0), Qulam (0, son beş ildə 23), Ağabəyim (0, son beş ildə 3), Kəklik (0, son beş ildə 17), Turac (bu il 4, son beş ildə 50), Cümşüd (1, son beş ildə 49), Real (0, son beş ildə 2) və s. adlar yer alıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300