Bu il ABŞ dolları rekord həddə möhkəmlənəcək. Bu proqnoz "Bloomberg” agentliyinin ekspertləri tərəfindən verilib. Proqnozlara görə, ABŞ dolları cari ildə dünyanın əsas valyutalarına nisbətdə xeyli möhkəmlənəcək.

Ekspertlərin fikrincə, ABŞ dollarının gözlənilən möhkəmlənməsi 2015-ci ilin dekabrın ortalarında ABŞ-ın Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırması ilə əlaqədardır. Bu qərar son doqquz ildə ilk dəfə verilib. Ekspertlər 2016-cı ildə iqtisadi artımın davam edəcəyi təqdirdə uçot dərəcəsinin daha 4 dəfə artırılacağını proqnozlaşdırırlar. Onların hesablamalarına əsasən, ilin sonuna ABŞ dolları ilə yanaşı, Britaniya funtu, Kanada dolları və Norveç kronunun da məzənnəsi qalxacaq. Avro 3%, Çin yuanı 3,5% ucuzlaşacaq.

Dolların bahalaşmasının iqtisadiyyatı idxaldan asılı olan ölkələr kimi Azərbaycanın da iqtisadiyyatına mənfi təsir edəcəyi şübhəsizdir. 

Məlum olduğu kimi, ötən ilin dekabrında FED-in uçot dərəcəsini 2 dəfə artırmasından sonra dollar dünya valyuta bazarında dollar bahalaşdı və adekvat olaraq Azərbaycan manatının da saxlanılması mümkün olmadı. Məhz FED-in qərarının ardından manat devalvasiyaya uğradı. 

Bəs, bu il uçot dərəcələrinin 4 dəfə artırılacağı, dolların möhkəmlənəcəyi təqdirdə Azərbaycan manatının taleyi necə olacaq? Verilən proqnozların reallaşması üçün iqtisadi əsaslar varmı?

İqtisadçı ekspert İlham Şaban "Yeni Müsavat”a açıqlamasında bildirib ki, dolların möhkəmlənməsinə səbəb olan əsas amil odur ki, Amerika iqtisadiyyatı görünməmiş sürətlə inkişaf edir: "Bundan başqa bir səbəb yoxdur. ABŞ iqtisadiyyatdı fantastik sürətlə inkişaf edir. 2015-ci ildə bir ayda Amerika iqtisadiyyatının 350-360 milyard dollarlıq ixrac potensialı var. Bu cür iqtisadiyyata malik ikinci bir ölkə varmı? Amerikanın təkcə elektronika məhsulları ixracı  28 milyard dollara bərabərdir. Belə bir ölkə yoxdur. Amerikanın həm neft ixracı artır. Bunun səbəbi isə odur ki, neftayırma sahəsində Amerikanın çox böyük potensialı var. Çünki, Amerikada şirkətlərinin xam neft istehsalında yararlandığı dərinliyə heç bir ölkə nail ola bilməyib. Bunların əldə etdiyi texnoloji sıçrayışın alternativi yoxdur. 

Amerika xalqı dünyanın ən yaxşı yaşayan millətidir. Onlar son 2-3 ildə çox böyük sıçrayış ediblər. Ona görə, iqtisadiyyatı güclü olan ölkənin valtuyası da möhkəm olur”. 

Ekspertin sözlərinə görə, dekabrın 16-da uçot dərəcələrinin artırılması ilə bağlı qərarın ardından dollar bahalaşdı və 2016-cı ildə də oxşar proseslər baş versə, bundan ən çox əziyyət çəkənlər xammal ölkələri olacaq: 

"Xammal ölkələri sırasında Azərbaycan da yer alır. Ona görə də, Azərbaycanda sadə vətəndaşdan hökumətə kimi, hər kəs gözünü London birjasına diksə, o zaman vəziyyətimiz daha da pis olacaq. Yox, əgər Azərbaycan bu il kibritin istehsalına başlasa və kibritə görə, idxaldan asılılığı aradan qaldırsa, İrandan idxal etdiyimiz kibriti, Çindən idxal etdiyimiz alışqanı özü istehsal etməyə başlasa, o zaman bu sahədə ilk addımı atmış olarıq. Bununla bağlı məşhur bir felyeton da var ki, biz fil düzəltmək istəyirdik, sonra qayıdıb siçandan başladıq. Biz indi həmin o "siçan”dan başlamalıyıq. Meqa neft layihələrini əhaliyə təqdim edib, bununla öyünməkdənsə, kibritin istehsalına və daha sonra digər məişət cihazlarının istehsalına başlamalıyıq. Məhz bu  zaman biz nəyinsə, idxalını azaltmış olarıq. Çünki, nə 2014-cü ilin, nə də 2015-ci ilin yekunlarına görə, biz idxalı azalda bilmədik. 

Əvvəlki illərlə müqayisədə idxal artdı. 2016-cı ildə ən əsas məsələ odur ki, biz real olaraq ölkəyə daxil olan idxalı azaldaq və istehsala başlayaq. Bu ölkədə istehsal olmasa, manatı saxlamaq mümkün olmayacaq. Nəticədə, valyuta ehtiyatlarımız daha sürətlə əriməyə başlayacaq. Biz 2014-cü ilin sentyabr ayından 2015-ci ilin dekabrına qədər 10,2 milyard dollar Mərkəzi Bankın valyuta ehtiyatlarını çox qısa bir zamanda əritdiksə, bundan sornakı mərhələdə Neft Fondunun valyuta ehtiyatlarına keçəcəyik. Bu isə həm ölkə iqtisadiyyatında, həm də manatın kursunda özünü büruzə verəcək”. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300