Avropa Məhkəməsi bu gün 11 iş üzrə qərarlarını elan edib. Bu barədə vəkil Əsəbəli Mustafayev məlumat verib.

Onun sözlərinə görə, həmin 11 işdən 9-u onun apardığı proses olub:"Bu gün Avropa Məhkəməsi 11 ərizəçinin işi üzrə qərarlarını elan edib. Onlardan 9 ərizəçinin hüquqlarını mən müdafiə edirdim.

Bu ərizəçilər aşağıdakılardı:

Səxavət Mehdiyev - Mənəvi və maddi zərərə görə kompensasiya 6480 avro
Azər Sadıqov - 6480 avro
Osman Əhmədov - 6480 avro
Tuncay Quliyev - 6000 avro
Cavid Hacıbəyli - 6000 avro
Tural Sadıqlı - 6000 avro
Kəmalə Xəlilova - 6000 avro
Orxan Eyyubzadə - 6000 avro
Vüsal Bayramov - 8850 avro

Bu işlər üzrə ümumilikdə hüquqi xidmətə görə əlavə olaraq 9 400 avro ayrılıb. Digər vəkillərin apardıqları daha iki iş üzrə də qərarlar elan olunub.

Xədicə İsmayılova – mənəvi ziyana görə 4000 avro və hüquqi xidmətə görə 2000 avro,

Cavid Qarayev - mənəvi ziyana görə 6000 avro və hüquqi xidmətə görə 2000 avro ödənilməlidir.

Ödəniləcək kompensasiyaların cəmi 81 690 avro. Beləliklə də bu günə qədər Avropa Məhkəməsinə göndərdiyim 325 şikayətdən qələbə ilə yekunlaşan işlərin sayı 106-ya çatdı. Bunlar hamısı İntiqam Əliyev məktəbinin məhsullarıdır".(musavat.com)


 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300