Bu gecə baş verən zəlzələnin elmi-lədun izahı Bildiyimiz kimi, bu gecə Azrbaycanın Cənub bölgəsində 4 bal gücündə baş verən zəlzələ insanlar arasında həyəcana səbəb oldu.

Elmi-lədun hesablamalarımız göstərir ki, bu hadisə təsadüf olmayıb, özündən əvvəlki analoji hadisələrlə riyazi şəkildə bağlanmaqla, Allahdan bir xəbərdarlıqdır. Bunu sübut etmək üçün zəlzələ üzərində olan və Allahın kodlaşdırılmış "möhür”ü sayılan 114 və 286 ədədlərinə nəzər salaq (bunlardan biri Quranın surələrinin, digəri isə, səhifələrinin sayıdır).

1. Xatırladım ki, daha bir zəlzələ 22 iyun 2016-cı ildə 4 bal olmaqla Naxçıvanda baş vermişdi. Bu gün həmin hadisənin 286-cı (!) günüdür ki, bu da orjinal Quranın səhifələrinin sayıdır.

2. Yadınızdadırsa, keçən ilin 13 dekabrında İsmayıllıda baş verən 4,5 bal zəlzələ səbəbindən evlərdə çatlar yarandı. Bu gecə Cənub bölgəsində zəlzələ baş verəndə İsmayıllıdakı zəlzələnin 114-cü günü idi. Bu da Quran rəmzi olmaqla, diqqətimizi bir daha müqəddəs kitaba yönəldir.

3. Bu gecə insanlarımızı həyəcana salan zəlzələ Şimal bölgəsində baş verən analoji hadisə ilə də riyazi şəkildə əlaqələnir. Bu gün Qubada (26 yanvar 2015-ci il tarixdə) baş verən zəlzələnin 800-cü günüdür ki, bundan Quran rəmzlərini çıxanda, yenə də Allahın kodlaşdırılmış "möhür”ü görünür: 800 – (114 + 286) = (114 + 286)

4. Bu gecəki zəlzələ Bakıda baş verən bina yanğını ilə də riyazi şəkildə bağlanır. Belə ki, bu gün Azadlıq prospektindəki 16 mərtəbə binanın (19.05.15) yanmasından 514 gün keçir: 514 – (114 + 286) = 114

5. Əvvəlki hesablamalarımızda göstərmişdik ki, astronomik hadisələr gələcək bəlaların siqnalıdır (qatarın fitinə bənzəyir).Maraqlıdır ki, bu gecəki zəlzələ astronomik hadisələrlə də riyazi şəkildə əlaqəlidir: bu gün 13 sentyabr 2015-ci il tarixdə baş verən Günəş tutulmasının 572-ci günüdür. Ki, bundan müqəddəs kitabın səhifələrinin sayını çıxsaq, yenə də Allahın kodlaşdırılmış "möhür”ü görünür: 572 – 286 = 286

6. Bu gün 28 sentyabr 2015-ci il tarixdə baş verən Ay tutulmasının (astronomik xəbərdarlığın) 555-ci (!) günüdür ki, bu da Quranda tövbə və cəza rəmzi kimi qəbul edilir.

7. Badamdartda maşın bazarında baş verən yanğın hadisəsi də çoxlarınızın yadından çıxmaz. 7 iyun 2015-ci il tarixdə baş verən bu yanğından 669 gün keçib ki, bundan da 114 dədini çıxsaq, yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınır və hadisələrin Allah təfəindən tövbə etməyə çağırış olduğu bir daha təsdiq olunur...

Hesablamaları uzatmaq da mümkündür;ancaq, sizləri yormamaq üçün çox uzaq keçmişə qayıtmaq istəmədik. Bu və digər hesablamalar göstərir ki, bu gecə baş verən zəlzələ ilə Allah-təala Azərbaycan xalqına və ona rəhbərlik edənlərə pozğun həyat tərzinə, zülmə və haramçılığa son qoymaq üçün növbəti xəbərdarlığını edir. Hesablamalarımız göstərir ki, millətimiz bu xəbərdarlığa məhəl qoymayaraq doğru yola dönməzsə, daha böyük faciələrlə qarşılaşa bilərlər: "Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına Allaha itaət etməyi, insanlara zülm etməməyi əmr edərik. Lakin onlar bu çağrışa məhəl qoymayıb, pis-pis işlər törədərlər. Beləliklə, o məmləkətə əzab verilməsi haqqındakı hökm vacib olar və onu yerlə yeksan edərik”. Quran, 17:16

Paşa Yaqub-tədqiqatçı yazar(psixoloq)

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300