Abşeron rayon sakini Abbasov Vüqar kimlərinsə onun adına sosial yardım təyin etdirib ondan xəbərsiz aldıqları barədə saytımıza danışıb. Belə ki, vətəndaş Abbasov qeyd edib ki, uzun illərdir ki, imkansız olduğundan özü və ailəsi üçün sosial yardım almaq üçün müraciətlər edib. Cürbəcür bəhanələrlə onun müraciətini illərdir rədd ediblər. Yeni dönəmdə qaydalar dəyişib internet sistemə keçiddən sonra o yenə bəxtini sınamaq istəyib. Müvafiq notarial ərizə və digər lazım olan, əslində tələb olunan sənədləri yığaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edib. On uzun müddət heç bir cavab verilməyib. Sənədlərinin gözləmədə olduğu bildirilib.

04.04.2017 ci il tarixdə isə həmin nazirliyin VEMTAS xidmətindən ona rəsmi məlumat daxil olub ki, sizin 18.10.2016 cı ildən bu günədək aldığınız sosial yardım yeni yoxlamalara əsasən dayandırılmışdır.

Vətəndaş Vüqar Abbasov qeyd edir ki, deməli əgər qabaqlar ondan yardımın düzələcəyi təqdirdə 6 ayı qabaqcadan istənilirdisə, indi o cür mümkün olmadığına görə bu cür mənimsəmə edirlər.
O qeyd edir ki, ona nə kart verilib, nə də digər vasitə ilə bir qəpik də pul almayıb. Saxta yolla onun adına yardım alanlar görünür onun telefon nömrəsini müvafiq toplanan sənədlərdə unudublar və ona bu məlumat daxil olub.

Vətəndaş həmçinin qeyd edir ki, o dərhal Daxili İşlər Nazirliyinin 102 və Respublika Baş Prokurorluğu Yanında Korrupsiya və Rüşvətxoluğa qarşı Mübarizə İdarəsinin 161 qaynar xəttlərinə ətraflı və dolğun şikayət-məlumat verib. Həmin orqanlardan onun şikayətini qeydə alaraq araşdırılacağını bildiriblər.(medixeberleri.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300