Ermənistan silahlı birləşmələri təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tutmağa davam edir.

 

Uluyol.info İstipress-ə istinadən xəbər verir ki, qarşı tərəf ötən gün cəbhənin Ağdam istiqamətində də atəşkəsi pozub. Gülləbaran nəticəsində rayonun Orta Qərvənd kəndində Habil Qədirova məxsus traktora ziyan dəyib. Traktor sahibi deyir ki, səhər saat 7:00 radələrindən başlayaraq təqribən 15 dəqiqə davam edən atışma səsi eşidib. İki saat sonra sahəyə işləməyə getmək istəyərkən traktorun ön şüşəsindəki güllə izini görüb.

 

"Baxdım ki, şüşəyə dəyib düşüb yerə. İndi bu dəqiqə səpin vaxtıdı. Amma kəndin yuxarı hissəsinə çıxmaq olmur. Ancaq aşağı tərəfdə. Təzəlikdə bir yoldaş var, yer əkirdi, ona da atdılar, yarımçıq qoydu. İki texnikam var, ehtiyat edirəm, indi ikisini də kənddə saxlamağa. Birini gətirib aşağı kəndə qoyuram indi" – deyə Habil Qədirov bildirir.

 

Traktorun üzərində digər güllə izlərini göstərən Habil Qədirov əvvəllər də sahədə işləyəndə bir neçə dəfə atəşə məruz qaldığını dedi.

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300