İŞİD terrorçuları Suriyanın şərqində terror aktı törədiblər.
TASS xəbər verir ki, terrorçular Cizrə yaşayış məntəqəsində minalanmış avtomobili partladıblar.
Partlayış zamanı 20 dinc sakin ölüb, daha 23 nəfər isə yaralanıb.
Qeyd edək ki, Cizrə cari ilin mart ayında İŞİD terrorçularından azad edilib.