Sabah Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərlərinin XIV iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə Kremldə görüşəcək.

Uluyol.info Virtualaz.org-a istinadən xəbər verir ki, Kremlin mətbuat xidməti MDB ölkələrinin kəşfiyyat cameələri arasında fəaliyyətin koordinasiyasının təkmilləşdirilməsinin beynəlxalq terror təhlükəsinin artdığı bir vaxtda mühüm əhəmiyyət daşıdığını bildirir.

MDB xüsusi xidmət rəhbərlərinin müşavirəsi bu gün aprelin 4-də Moskvada işə başlayıb. Müşavirədən sonra Rusiya Xarici Kəşfiyyat Xidmətinin press-bürosunun rəhbəri Sergey İvanov bildirib ki, MDB üzvü olan ölkələrin xüsusi xidmət orqanlarının rəhbərləri hər şeydən əvvəl terrorçuluqla mübarizədə əməkdaşlığı davam etdirməyə razılaşıblar.

"Yekun memorandumunda iştiraçılar çoxtərəfli əməkdaşlığı davam etdirmək niyyətini təsdiqləyiblər. MDB ölkələrinin həyati maraqlarına toxunan əsas təhdidlər qismində beynəlxalq terrorçuluq, dini və siyasi ekstremizm göstərilib”-İvanov deyib.

Moskvada keçirilən iclasda Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, general-leytenant Mədət Quliyev, Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-mayor Sultanov, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri, general Kutoyan, Belarus KQB-sinin sədri, general Vakulçik, Qazaxıstan Xarici Kəşfiyyat Xidmətinin direktoru, general Bayjanov, Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri İnoyatov və digərləri iştirak ediblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300