Bakı şəhər sakini dələduzun qurbanı olub. Redaksiyamıza müraciət edən jurnalist Nurlan Budaqov dələduzluqla üzləşdiyini deyir.

Onun sözlərinə görə, Xaçmazda anadan olan Aqşin Nuriyev adlı dələduz onun etimadını qazanaraq, külli miqdarda pulunu ələ keçirdib. Aqşin Nuriyev Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini, xidmətlərinə görə medal aldığını, prezident İlham Əliyev tərəfindən evlə mükafatlandırıldığını deyərək, jurnalisti inandırmağı bacarıb. Hərbi liseyin məzunu olan Aqşin Nuriyev onu liseydən tanıyanların və tanımayanların bu yolla etimadını qazanmağa, sonradan işə düzəltmək, ev almaq və s. məsələlərdə kömək edəcəyini bildirərək, onlardan pul alıb.

Aldatdığı şəxslərə Dövlət Təhlükəsizlik Xidmətinin kapitanı olduğunu söyləyən Aqşin Nuriyev ötən bir il ərzində dələduzluq etdiyi şəxslərin pulunu qaytarmır. Başqaları kimi jurnalist Nurlan Budaqova da ilkin ödənişsiz ev almaqda kömək edəcəyini bildirən fırıldaqçı onun külli miqdarda pulunu mənimsəyib. Budaqov Nurlan Yasamal RPİ-nin 29-cu polis bölməsinə ərizə ilə müraciət etsə də, əlindəki faktlara baxmayaraq hələ ki, heç bir nəticə yoxdur. Hətta Aqşin Nuriyevi çağırıb, dindirən belə olmayıb. Xəbəri ictimailəşdirməkdə məqsədimiz odur ki, nə qədər gec deyil, heç olmasa, başqaları da bu dələduzun toruna düşüb aldanmasın.(yenicag.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300