Güclü qar çovqunu, Beyləqan şəhər stadionunun azarkeşlər üçün nəzərdə tutulan sektorunun çardağının uçmasına səbəb olub.

 

APA-nın Qarabağ müxbiri xəbər verir ki, 1500 yerlik tribunanın çardağı tamamilə uçub.

 

Beyləqan Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Telman Məsdanov APA-ya stadionun dekabrın 25-dən təmirə dayandırıldığını deyib.

 

"Beyləqan şəhər stadionu uzun illər baxımsız vəziyyətdə olub. 2014-cü ilin iyun ayında daxili imkanlar hesabına təmir işləri aparıldı. Ötən ilin sonunda dam örtüyündə yaranan nasazlıq səbəbindən, yenidən təmir işlərinə başlandı. Ötən gün axşam saatlarında isə qar çovğunu dam örtüyünün uçmasına səbəb olub. Fəsadları aradan qaldırırıq , yenidən təmir işləri aparılır”, - deyə o bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300