Bu gün Aprel döyüşlərində şəhid olmuş Milli Ordunun giziri Elimdar Səfərovun şəhadətindən bir il keçdi. İldönümü şəhidin ata ocağında-Neftçala rayonu Aşağı Qaramanlı kəndində keçirilib.Mərasimdə Azərbaycanın müxtəlif regionlarından din xadimləri, ictimai -siyasi fəallar, şəhidin döyüş yoldaşları , rayon ictimaiyyəti iştirak etmişdir.
Uluyol.info xəbər verir ki, ildönümü Səfərovlar ailəsinin həyətində din xadimlərinin moizələri, döyüş yoldaşlarının xatirələri və Yasin sürəsi oxunub, ehsan süfrə ilə yekunlaşıb.
Mərasimin ikinci hissəsi isə, Aşağı Qaramanlı kəndində yerləşən Əbülfəz Abbas məscidindən başlayıb.Beləki, Məscidin həyətində şəhid Elimdar Səfərovun xatirəsinə tikilmiş abidənin ətrafında məktəblilərin hazırladığı kompazisiya təqdim edilib.Milli vətənpərlik ruhunda şeirlər, şəhidimizə ithaf olunmuş ədəbiyyatlar səsləndirilib.
Mərasimin üçüncü hissəsində Kənd qəbiristanlığında yerləşən Şəhidlər xiyabanı ziyarət olunub.Burada din xadimləri Qurani-Kərimdən ayələr, Yasin sürəsini oxuyub.Elimdar Səfərovun döyüş yoldaşları xatirlərini bölüşüb.Araşdırmaçı-yazar Əliniyaz Qaramanlı "Neftçala şəhidləri III hissə" kitabını şəhidin məzarı üzərinə qoyub.Kitabda Neftçala şəhidləri, eləcədə Aprel döyüşlərində şəhid olmuş Milli Qəhrəman Samid İmanov və III dərəcəli medala təltif edilmiş gizir Elimdar Səfərov haqqında geniş məlumat dərc olunub.
Sonda şəhidlərin məzarı üzərinə əklil, gül dəstələri qoyulub, sayqı ilə anılıb.
Elvin Qarayev adlı şəxsin şəkli.Elvin Qarayev adlı şəxsin şəkli.Elvin Qarayev adlı şəxsin şəkli.Elvin Qarayev adlı şəxsin şəkli.Elvin Qarayev adlı şəxsin şəkli.Elvin Qarayev adlı şəxsin şəkli.Elvin Qarayev adlı şəxsin şəkli.
Uluyol.info kollektivi tarixin müxtəlif dövrlərində Vətən torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş oğullarımızı sayqı ilə anır, qarşılarında baş əyirik.
Bizi izləyin, video və yeni fotolarımız əlavə ediləcək.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300