Bu gün-4 aprel şəhid Elimdar Səfərovun ildönümüdür.Mərasim Neftçala rayonu Aşağı Qaramanlı kəndində keçiriləcək.

Uluyol.info olaraq dəfərlə Elimdar Səfərov haqqında reportajlarımız, yazılarımız olmuşdur.Elimdar Səfərovun ildönümü ilə əlaqədar oxuduğu S.Kərimov adına Qədimkənd kənd orta məktəbinin tarix müəllimi Elçin Eybullayev "2009-2016" yazaraq  aşağıdakı fotonu paylaşıb:

Bu gün şəhid Elimdar Səfərovun ildönümüdür-FOTOLAR

Elçin müəllimlə uluyol.info olaraq şəhidimiz haqqında hazırladığımız ötən yazılarda bunları bölüşürdü:

"Elimdar haqqında danışmaq çətin olduğu qədər qürurvericidir ki, Vətən torpaqlarının bütövlüyü uğrunda canını fəda verən belə oğullarımız var. Elimdar şagird kimi müəllim incidən olmayıb. Dərslərində davamiyyətli, sakit şagird olub. Humanitar fəndlərə bir o qədər marağı yox idi, əsasən idman, hərbi dərslərinə maraqlı idi. Elə məktəb vaxtı kəndimizdə yerləşən mədəniyyət evində fəaliyyət göstərən Karate məktəbinə gedərdi. Bundan əlavə idmanın bir çox sahələrin mənimsəmişdi. Dərs zamanı 20 yanvar, Xocalı faciəsi, ermənilərin xalqımızın başına gətirdiyi faciələrdən danışanda özünü saxlaya bilmirdi. Yerdən müdaxilə edərdi, elə dərsdən kənarda da bu mövzularda müzakirələr aparardı.Həmişə dediyi o olardi ki, ”müəllim, bəs nə vaxt qisas alacıq?!” bu kimi özünə məxsus xarakterləri ilə yadımdadı.Elimdar qisas eşqi ilə yanan, yaşayan övladlardan idi. Məktəbi bitirən şagirdlər hərbi xidmətə yollanar və əsgərliyi bitirən zaman evlərinə qayıdarlar.Amma Elimdar hərbi sıralarında qalıb, işini, peşəsini Vətənə xidmətdə görən idi. Hərbi xidmətin başa vurduqdan sonra Milli Ordunun giziri vəzifəsində xidmətin davam etdirirdi.Mətbuat nümayəndəsi olaraq, çox güman ki, aprelin 1-i gecədən başlayaraq erməni hərbi birləşmələrinin qarşısın alarkən məhz Elimdarın iştirak etdiyi kəşfiyyat bölüyümüz haqqında məlumatlısız. Uzun illər qisas eşqi ilə yanan Elimdar məhz həmin gün rəşadət göstərərək, şəhid olmuşdur.Elimdardan öncə həmin sinifdən Hüseynov Tural Murad oğlu erməni qəsbkarlarının fevralın 21-i 2011-ci ildə açdığı atəş nəticəsində şəhid olmuşdu.Bu gün iki sinif yoldaş eyni qəbiristanlıqda yan-yana məzarları…Elə hislər var ki,o nu sözlə ifadə etməyə insan aciz qalır.

Tarix müəllimi olaraq Azərbaycanımızın tarixində iz buraxmış şəxsləri tədris edirdiksə, artıq Elimdar və döyüş yoldaşları barəsində məlumat veririk.Bu gün şagirdlər tanıdıqları, gördükləri şəxslərin qəhrəmanlığın eşidəndə Vətənə, torpağa bağlılıqları daha da artır.Milətimizə, elimizə,kəndimizə, Elimdarın ailəsinə baş sağlığı verirəm. Allah bütün şəhidlərimizin ruhun şad eləsin.Başın sağ olsun Vətən!”

Elimdar Səfərovun sinif yoldaşı MirHüseyn Hüseyov isə sosial şəbəkələrdə bunları paylaşıb:

Bu gün şəhid Elimdar Səfərovun ildönümüdür-FOTOLAR

Düz 1 il bundan öncə Sənin "ŞƏHADƏT" xəbərin gəldi. Havanın yağışlı olmasına baxmayaraq Səni sevənlərin hamısı yağışın altında duraraq yolunu gözləyirdilər. Sanki sənin Şəhadətinlə kənd ruhlanmışdı. Heç kəs yağan yağışların onları islatmasını fikirləşmirdi. Düzdü əvvəl Səni itirdiyimiz üçün üzülsəkdə sənin "ŞƏHADƏTİN" qəlbimizə sevinc gətirmişdi. Çünki ŞƏHİD olmaq hər kəsə qismət olmur. Sən və Sənin kimi ŞƏHİD olan bütün yoldaşların qəlbimizdə yaşayacaqlar...
Allah ruhunu şad etsin#Şəhidim#Elimdar#Səfərov


Ötən yazılarımızda Elimdar Səfərovun sinif yoldaşı Mirhüsyn Hüseynovla söhbətləşib, xatirələrini öyrənmişdik:

"Elimdarı məktəbə getməmişdən öncədən tanıyırdım. İdmana maraqlı idi.Karateyə gedirdi, hərbi xidməti başa vurduqdan sonra da qayıtmadı, elə Milli Ordunun sıralarına yazıldı.Mübariz İbrahimovdan sonra insanda ruh rüksəkliyi yaradan insanlardan oldu.Mən hərbi xidmət zamanı Mübariz İbrahimovun otağında namaz qılardım.Mübariz namaz əhli idi, şəhid oldu .Elimdar da uzun illər idi ki, dinə sarılmışdı, Allah-Təalanın buyurduğu vacib əməlləri yerinə yetirərdi.Şəhadəta yetişdi.Şəhadəti yatmaqla, oturub gözləməklə olası iş deyil ki, gərəkdir ki, cəhd edəsən.O məqama yetişmək üçün yaşayasan.Elimdar qardaşımızda şəhadət yolunda sarsılmadan, erməni qəsbkarlarınn üzərinə gedərək o uca-şəhid məqamına yetişdi.

Döyüş dostları gəlmişdi, Elimdarın o gecə göstərdiyi məharətdən ağız dolusu danışdılar.İdmançı, kəşfiyyat manevrlərinə yiyələnməsi nəticəsində ilk irəliləyən dəstə üzvü kimi şücaət göstərib.Elimdar qardaşımız şəhadətə yetişdi, Allah arzusunda olanlara nəsib etsin”.

Картинки по запросу elimdar seferov


Картинки по запросу elimdar seferov

Картинки по запросу elimdar seferovКартинки по запросу elimdar seferovКартинки по запросу elimdar seferovКартинки по запросу elimdar seferovКартинки по запросу elimdar seferovКартинки по запросу elimdar seferovКартинки по запросу elimdar seferovКартинки по запросу elimdar seferovКартинки по запросу elimdar seferovКартинки по запросу elimdar seferov

Uluyol.info, Saday Fərəcov

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300