Bu gün şəhid gizir Asəf Mütəllimovun doğum
günüdür.
Uluyol.info xəbər verir ki, Asəf Mütəllimov 1966-cı il aprel ayını 2-də Neftçala rayonunda anadan
olub. I Qarabağ müharibəsi zamanı
könüllü olaraq Milli Ordu sıralarına qoşulmuşdur. Ağdərə, Tərtər, Ağdam ətrafında
gedən döyüşlərdə xüsusi rəşadət göstərmişdir.
PDM ekipajının mexaniki Asəf Mütəllimov və iki Biləsuvarlı döyüşçü-şəhid Şaiq Kəlbiyev və Azaddin Musayev(sağdır) Mərzili kəndi uğrunda gedən döyüşlərdə əsl qəhramanlıq səlnaməsi yazmışdır. Belə ki, düşmənin 8 PDM-ni, 3 tankını ələ keçirib 30 canlı qüvvəsini məhv etmiş və "Abo" ləqəbli erməni terrorçusu Monte Melkonyanın maşınını atəşə tutaraq onu cəhənnəmə vasil etmişdirlər.
Asəf Mütəllimov 1993-cü il iyun ayının 14-də Ağdam rayonun Mərzili kəndində gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlmişdir.Məzareı Neftçala Şəhidlər Xiyabanındadır.
Neftçala rayonunun mərkəz küçələrindən biri məhz Asəf Mütəllimovun adını daşıyır.
Uluyol.info olaraq "Şəhidlərimizi hər gün anaq" layihəsindən bu dəfə Asəf Mütəllimov haqqında yazı hazırladıq.Aprelin ikisi doğum tarixi olduğundan qısa yazı ilə kifayətləndik.Asəf Mütəllimov haqqında geniş reportajımız olacaq.
Əziz oxucular Sizdə şəhidlərimizin əbədiləşməsi, hər gün anılması üçün informasiya yardımı edə bilərsiniz.Əlaqə-uluyol.info@mail.ru