İflic olan xəstələr beyinlərinə yerləşdirilən xüsusi çiplərin köməyi ilə hərəkətlərini müəyyən dərəcədə bərpa edə biləcəklər.

Ekperimental Braingate2 sistemi ABŞ-ın Case Western Reserve Universitetinin alimləri və Cleveland VA tibb mərkəzinin birgə çalışmaları nəticəsində əldə olunub.

Mütəxəssislər qurğunun boynundan aşağısı iflic olan xəstələrin hərəkət sistemini düşünmə gücü ilə bərpa edə biləcəklərini deyiblər.

İlk eksperiment 56 yaşlı Bill Koçevar üzərində sınaqdan keçirilib.

2006-ci ildə keçirdiyi velosiped qəzasından sonra iflic olan Bill boynundan aşağı bədənini hərəkət etdirə bilmir. Mütəxəssislər hərəkət qabiliyyətini qaytarmaq üçün Billin beyninə iki mikroçip yerləşdiriblər. Mikroçiplər vasitəsilə ötürülən siqnallar qoluna bağlanan xüsusi qurğunu hərəkətə gətirib.

"Həmin an sadəcə qolumu hərəkət etdirməyi düşündüm və bunu etdim. Mən qolumu hərəkət etdirdim" - deyə Bill təəssüratlarını bölüşüb.

Professor Robert Kirser hələ inkişaf mərhələsindəki texnikanın gələcəkdə daha təkmilləşmiş forması üzərində çalışacaqlarını deyib:

"Biz düşünülən hərəkətlərin ardıcıl alqoritmlərini hazırlayacayıq. Bu isə iflic olmuş xəstələrin başqalarından asılılığını tamamilə aradan qaldıracaq".(publika.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300