Necə söz qoşum mən hüsnünə axı,

Tutulub günəşi, gəlmir sabah.
Tərsinə fırlanır, dönübdü çarxı,
Başına gəlibdi nələr, Kəlbəcər.


Tərtər çayın itkin düşüb balası,
Naxış düzmür Tutqun çayın xanası.
Xaçınçayın çalınmayır laylası,
Daşmayacaq bir də sellər, Kəlbəcər.


Qurd düşübdü Murov dağın qarına,
Düşmen göz dikibdi dövlət varına.
Toxunubdu qartalın vüqarına,
Hilaldağın qalıb mələr, Kəlbəcər.


Durnaların cərgə tutub süzməyir,
Sonaların Alagöldə üzmeyir.
Gözellerin telinə gül duzməyir,
O yerlərdə solub güllər, Kəlbəcər.


İstisuyu dərman idi dərdlərə,
Alaçıqlar nisgil olub türklərə.
Aılmayır, düyün düşüb bəndlərə,
Həsrət qalıb sənə ellər, Kəlbəcər.


Meşələrin solub rəngi, bozarıb,
Laləsi ar edib, rəngi qızarıb.
İtburnunu, ezgilini qoparib,
Aparıb uzağa yellər, Kəlbəcər.


İgidləri at belində çapardı,
Yollarında toz-dumanlar qopardı.
Gəlinləri bulaq üstə çıxardı,
Daranmayır qara tellər, Kəlbəcər.


Qocaların köçüb gedib dünyadan,
Gözəllərin yaşmaq vurur həyadan.
Tanrı nə vaxt oyadacaq royadan,
Deyəcəyik bizim yerlər, Kəlbəcər.


Gözümüz tutulub yola baxmaqdan,
Aslı qalmısan nadan, axmaqdan.
Güllələr nə vaxtsa çıxar çaxmaqdan,
Duanı oxuyar pirlər, Kəlbəcər.


Kəklikotu ətir yayar düzlərə,
Qantəpərin dərman olar bizlərə.
Çox güvəndin boş vədlərə, sözlərə,
Açılacaq nə vaxt sirler, Kəlbəcər.


Buz bulaqlar tutulubdu, axmayır,
Bənövşənin boynu bükük, baxmayır.
İldırımlar şaqqıldayıb, çaxmayır,
Üzük taxmır bəyaz əllər, Kəlbəcər.


Ələsgərin sazi susub, çalmayır,
Quşlar uçub, yurda qanad salmayır.
Şahinleri küsüb orda qalmayır,
Oxumur daha bülbüllər, Kəlbəcər.


Tonqallar yanardı gözel çağında,
Ceyran, cüyür sekmir daha dağında.
Quruyub ağaclar, vermir barın da,
Ötüşübdü neçə illər, Kəlbəcər.


Xaraba qalıbdı yurdun evləri,
Silinib yaddaşı, yoxdu dəbləri.
Bir igid istərəm qovsun divləri,
Bükülməsin daha bellər, Kəlbəcər.


Sülhə gəlsin gərək bütün insanlar,
Ov üstə didişer vəhşi heyvanlar.
Axsa da qanımız, verək qurbanlar,
Gələcəkdi gözəl günlər, Kəlbəcər.

 

Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300