1390901022_18

Natiq Cəfərli: "Gömrükdə inhisarın aradan qaldırılması pozitiv olsa da, problemiləri həll etmir, əksinə manat daha da dəyərdən düşəcək, inflyasiya artacaq, qiymətlər manatla şişəcək”

Mətbuatın yazdığına görə gömrükdə idxal inhisarçılığı ləğv edilir. Görəsən, bu addım sözügedən sahədə mövcud problemlərin aradan qaldırılmasına, gömrük prosedurasının yüngülləşdirilməsinə gətirib çıxaracaqmı?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli gömrükdə idxal inhisarçılığının aradan qaldırılmasını müsbət addım kimi dəyərləndirsə də, yaranmış durumdan çıxmaq üçün daha ciddi islahatların aparılmalı olduğunu bildirdi: "Əvvəla onu deyim ki, inhisarçılığın aradan qaldırılması, əgər bu baş verəcəksə, təbii ki, pozitiv addımdır. Amma, hər şey belə bəsit deyil. İnhisarçılıq var idisə, bunu hamı bilirdisə və bir qərarla ləğv etmək mümkürdürsə, niyə illərdir bunu etmirdilər? Niyə söhbət ancaq idxal inhisarşılığından gedir, bəs ixracatda inhisarçılıq davam edəcək?

Ölkəmizdə gömrükdən keçən mallar illərdir düzgün rəsmiləşdirilmir, dəyəri və miqdarı azaldılır. 2015-ci ilin 11 ayının rəsmi məlumatları var, bu müddətdə ölkəmizə 8,2 milyard dollara yaxın dəyərində mal daxil olub, başqa sözlə, rəsmi qaydada ölkədən bu qədər vəsait mal alınması üçün çıxıb. Reallıqda isə bu rəqəm, azı 50% daha artıqdır, yəni, 11 ayda ən azı ölkədən 12-13 mlrd. dollar çıxarılıb ki, mal alınıb-gətirilsin. Bir anlıq təsəvvür edin ki, inhisar ləğv edilir, o zaman ölkəyə mal gətirən fiziki və hüquqi şəxslərin sayı dəfələrlə artacaq, bu da rəqabəti gücləndirəcək, qiymətləri aşağı çəkəcək, amma vətəndaşların alıcılıq qabiliyyəti düşür, yaxşı, hamı qaçıb mal gətirəcək, mal satacaqsa, bəs bunu kim alacaq? Birdəki, ölkədən dollar axını artacaq, bu da ölmüş manatın daha da dərin basdırılmasına səbəb olacaq, yəni, dollara təlabat artacaq bu isə məzənnəni daim yuxarı çəkəcək.

2015-in 11 ayında ölkədən xaricə 10,6 milyard dollar məbləgində mal satılıb və bunun 9,38 milyard dolları neft, neft məhsulları və qazdır. Bu 11 ayda neftin ortalama qiyməti 50 dollardan yuxarı olub, indi isə 36-37 dollardır, yaxın aylarda 30-dan da aşağı düşəcək. Yəni, bu il ölkəyə gələn valyuta kəskin azalacaq, hətta hasilat 2015 səviyyəsində qalsa belə ölkəyə neft xətti ilə cəmi 3-4 milyard dollar daxil olacaq. Amma yuxarıda qeyd etdiyim kimi, ölkədən tək gömrük xəttilə 12-13 milyard dollar çıxarılacaq ki, mal gətirilsin. Çünki, bu ölkə 22 ildə özünə corab, tuman belə istehsal etməyi öyrənmədi. Dərman, pal-paltar, elektrotexnika, avtomobil, avadanlıq-bu sahələrdə idxaldan asılılığımız 100%-ə yaxındı, ərzaqda isə asılılıq 70-75% civarındadır. Çünki, yerli mal adı altında bizə satılan məhsulların xammalı da xaricdən gəlir.

Əsas dərdimiz odur ki, neftdən başqa xaricə çıxarıb sata biləcəyimiz rəqabətə davamlı məhsulumuz yoxdur. Yəni, gömrükdə inhisarın aradan qaldırılması pozitiv addım olsa da, problemiləri həll etmir, əksinə cari açığımız artacaq (buna tədiyyə, ticarət balansının mənfi saldosu da demək olar), daxildə manat getdikcə daha da dəyərdən düşəcək, inflyasiya artacaq, qiymətlər manatla şişəcək, inhisarçılığın götürülməsinin pozitiv tərəfi kölgədə qalacaq.Tək inhisarçılığı götürməklə problemi həll etmək mümkün deyil. Ölkəyə valyuta gətirən sahələr, investisiyalar lazımdır, xarici kapitalın gəlməsi vacibdir. Tək iqtisadi islahatlarla heç nə dəyişməyəcək, məsələnin çözümü siyasi islahatlarda, idarəetmə sisteminin kökündən dəyişilməsindədir”.(yenicag.az Elçin)

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300