Ötən həftə Londonda baş verən hücumla bağlı saxlanılan şəxslərin hamısı azad edilib, London polisi bildirir.

Hücumun hazırlanmasında şübhəli bilinən sonuncu şəxs şənbə günü buraxılıb.

Birmingham sakini olan 30 yaşlı kişidən əvvəl daha 11 nəfərin azad olunduğu bildirilir.

Londonun mərkəzində maşınla adamları vurandan sonra bıçaqla polisə hücum edən Xalid Məsud hüquq-mühafizəçilərin atəşi ilə öldürülmüşdü.

Martın 22-də baş verən insidentdə hücum edən şəxslə yanaşı polis əməkdaşı və daha 3 nəfər həlak olub.

İstintaq hücum edən şəxsin ekstremist qruplarla əlaqədə olduğunu təsdiqləyən dəlillərə rast gəlmədiyini bildirir.

Polis nümayəndəsinə əsasən Xalid Məsud cihadla maraqlansa da onun hücum planlarını başqa bir tərəflə müzakirə etdiyini deməyə əsas yoxdu.

Bundan əvvəl özünü İŞİD adlandıran qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü elan etmişdi (BBC).

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300