Türkiyə Suriyada həyata keçirdiyi "Fərat Qalxanı" əməliyyatlarının hazırki fazasının başa çatdığını elan edib.

 

"Ölkə.Az" xəbər verir ki, bu barədə Anadolu agentliyinə istinadən xəbər verir. Ötən gün də Türkiyə Milli Təhlükəsizlik Şurasından bildirilib. Şuranın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi altında keçirilən iclasının yekun bəyanatında bildirilib ki, milli təhlükəsizliyin təmin edilməsi, İŞİD-dən gələn təhlükənin qarşısının alınması və suriyalı qaçqınların vətənlərinə geri qaytarılması məqsədi ilə başladılan "Fərat qalxanı" əməliyyatı uğurla başa çatıb.

"Türkiyənin milli təhlükəsizliyini təmin etmək, İŞİD və kürd separatılarından ibarət terror təşkilatlarının ölkə üçün mümkün olan təhdidlərinin qarşısını almaq və suriyalı qaçqınların öz torpaqlarına qayıtması üçün Suriyanın şimalında başladılan "Fərat qalxanı” adlı əməliyyat uğurla sona çatıb. Əməliyyat zamanı çox sayda terrorçu məhv edilib”, - deyə bildirilib.

Həmçinin bildirilib ki, keçirilən əməliyyat zamanı Türkiyə hərbçilərindən də şəhid olanlar olub.

Qeyd edək ki, "Fərat qalxanı” əməliyyat 25 avqust 2015-ci il tarixində başladılıb. Əməliyyat çərçivəsində son iki ayda Suriyanın Əl-Bab şəhəri və ətraf regionlar İŞİD-dən təmizlənib. Ümumilikdə 2015 kvadrat kilometr ərazinin terrorçulardan azad edildiyi bildirilir. "Fərat Qalxanı" əməliyyatlarında Türkiyə 70-dən artıq hərbçisini itirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300