Fransa Peşəkar Futbol Liqası matçlara pul qoyuluşu edən oyunçuların cəzalarını açıqlayıb. "Report"un "L'Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, dörd futbolçudan ikisi sərt sanksiya ilə üzləşib.

"Nitsa" klubunun üzvləri - qapıçı Yoan Kardinal və yarımmüdafiəçi Valenten Eyserik üç oyunluq diskvalifikasiya edilib. Həmçinin Kardinala 1000 avro məbləğində cərimə kəsilib.

"Loryan" klubunun müdafiəçisi Romen Filippoto və "Bastiya"nın hücumçusu Qael Danik isə bir oyun buraxmalı olacaqlar. Üstəlik, Filippoto bir, Q.Danik isə iki oyunluq şərti cəza alıb. Sonuncu 500 avro məbləğində cərimə də ödəyəcək.

Qeyd edək ki, Fransa çempionatının geridə qalan 30 turundan sonra "Nitsa" 3-cü, "Bastiya" 19-cu, "Loryan" isə sonuncu - 20-ci sıradadır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300