Bu gün Beynəlxalq Gülüş
Günüdür
1 aprel bütün dünyada olduğu kimi, Azərbaycanda da gülüş
və yumorla xatırlanır. Aprelin 1-nə aldatma günü, hiylə günü, gülüş günü deyənlər
də var. Bu gün dünyanın ən ciddi insanı belə ona edilən zarafatı xoş
qarşılayır. Məhz bu gün aprelin 1-i insanlar bir-biriləri ilə zarafatlaşır,
biri digərini aldadır. Qısacası, bu gün hamı çalışır ki, ətrafındakı insanların
üzündə təbəssüm yaratsın.
1 aprelin yaranması haqda versiyalar...
1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif
versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır.
Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil
edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı
qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun
özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb.
Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar
çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin
hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş
yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış
1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi
martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı. Təqvimin dəyişməsinə
baxmayaraq, insanların bəzisi yeni ili köhnə qaydalarla qarşılamağa üstünlük
verirdilər.
Digər versiya isə Pasxa ilə əlaqədardır. Bildirilir ki, məhz aprelin 1-də müəyyən
ölkələrdə Pasxa öncəsi yaz bərabərliyinin başlanğıcı kimi anılıb. Deyilənə görə,
insanlar yeni ilin ilk gününü şən zarafatlarla keçiriblər. Belə adamları ələ
salır, onlara axmaq hədiyyələr verir, özlərini isə aprel axmaqları
adlandırırdılar.
Rusiyada isə gülüş gününün tarixi I Pyotrun hakimiyyəti zamanına təsadüf edir.
Həmin vaxt aprelin 1-də səhər Peterburqda əvvəllər yanğın təhlükəsindən xəbər
verən həyəcan siqnalı çalınıb. Hamının yerindən dik atılmasına baxmayaraq, bu,
zarafatyana tədbir idi.
Bu günü xoşbəxt olmayan gün sayanlar da var
Almaniya və Avstriyada aprelin 1-i xoşbəxt olmayan gün sayılırmış. Hesab edirlərmiş
ki, bu tarixdə anadan olan adamın həyatda bəxti gətirməyəcək. Ona görə ki,
aprelin 1-də İsa Məsihi satan İuda anadan olub. Şeytanın göydən yerə endiyi gün
kimi dəyərləndirilən həmin tarixdə kəndlərdə heç kəs işləmirmiş. Həm böyüklər,
həm də uşaqlar bir-birilərini aldadaraq əslində yerinə yetirilməsi mümkünsüz
olan tapşırıqların arxasınca göndərirlərmiş.
1 aprel Azərbaycanda necə qeyd olunmağa
başladı?
1 apreli gülüş günü kimi qeyd etmək Azərbaycana SSRİ-dən xatirə qalıb. Hazırda
dünya əhalisinin 70 faizi 1 apreli gülüş günü kimi qeyd edir, dost-tanışla
zarafatlaşır.
Mətbuatda edilən məşhur zarafatlar
Mətbuat da 1 apreldə zarafatsız keçinmir. Bəzi zarafat-xəbərlər güldürsə də,
kimlərsə zarafat xəbərlərə xeyli təpki göstərir. 1957-ci ildə BBC-nin ən ilginc
xəbər proqramı olan "Panorama" havaların isti keçməsi səbəbi ilə
ağaclarda spagetti yetişməyə başladığını deyib. Tezliklə televiziyaya çoxsaylı
telefon zəngləri daxil olmağa başlayıb. Telefonu açan BBC yetkililəri də zəng
edənlərə tam ciddi şəkildə "bir qutu tomat, sosiskalı spaget əkin və
tutması üçün dua edin" məsləhəti veriblər. Sonda bunun bir zarafat olduğu
məlum olub.
1962-ci ildə isə İsveçin yeganə ağ-qara yayımlanan telekanalının 1 aprel
proqramına çıxan bir texnoloq televizorun ekranına bir qadın neylon corabı
keçirməklə tamaşaçıların rəngli televizorlara baxa biləcəkləri müjdəsini verib.
1998-ci ildə "Burger King" "USA Today" qəzetinə verdiyi
elanda solaxaylar üçün xüsusi hamburger hazırlandığını bildirib. Elanda deyilib
ki, ölkədəki 32 milyon solaxay üçün hazırlanmış həmin hamburgeri rahat yemək
üçün o, 180 dərəcə fırlanır. Sonradan bunun 1 aprel zarafatı olduğu deyilsə də,
günlərlə xeyli sayda müştəri həmin hamburgerin dadına baxmaq üçün "Burger
King"ə axışıb.
1977-ci ildə ingilis "The Guardian" qəzeti Hind okeanında uydurma San
Şeriff respublikasının 10-cu ildönümünü qeyd etmək üçün 7 səhifəlik xüsusi
buraxılışla çıxıb.
1992-ci ildə sol təmayüllü NPR radiosu 1 aprel sayında Riçard Niksonun
"Pis bir iş görmədim və bir daha pis bir iş görməyəcəm" şüarı ilə
prezident seçkilərində namizəd olduğunu açıqlayıb.
1995-ci ildə "Diskover" dərgisi 1 aprel sayında "Aprille
Pazzo" adlı bir bioloqun Antarktidada kəlləsi yastı sümüklərdən ibarət və
pinqivinləri yaxalamaq üçün buzu böyük bir sürətlə əridən yeni bir heyvan nəsli
kəşf etdiyini xəbər verib. Almaniyanın Schlesvig-Holstein əyalətindəki bir
radio sürücülərdən Rader körpüsünü keçərkən 5 avro hazırlamalarını istəyib.
İsveçrəli bir şirkətin bu körpünü satın aldığını və bayram günləri körpüdən
keçid haqqı alınacağı xəbərini yayan radio əyalətin rəhbəri Heide Simonis, çox
sayda siyasətçi, polis məmurları və ADAC avtomobil klubundan da dəstək alaraq
onların açıqlamalarına yer verib. Lakin bu da bir zarafat olub.
Könlümüzü xoş tutmaq, əhval-ruhiyyəmizi yüksəltmək, mənfi enerjidən azad olmaq
üçün gülüş ən yaxşı vasitədir. Odur ki, bu gün edilən zarafatlardan inciməyərək
gülün və yumorla cavab verin.(vikipediya)
Zəfər övladı sevinc, nəticəsi gülüş doğar,
Gülüş olsa 1 aprelin, martım ona kölgə tutar.
Gülüş əlbəttə gözəl
Hələ-hələ qundaqdakı, həm o qucaqdakı gülüşlərdən sayrışaraq rəqs edərsə göyün üzü
Ağacların çiçəkləri, ətir saçan ləçəkləri.
Amma 31 mart Düya azərbaycanlılarının soyqrım günü (səhəri-o artıq unudulmuş?!) səhərin gülünclükdən çıxarıb təqvimə sevinc günü kimi yazanlar...
Siz ey, mənim hərb hünərim,
Zəfərindən xəbərim, olduqca vardır təpərim.
Tural İntiqam, uluyol.info