Türkiyənin məşhur aktyoru Halit Akçatepe vəfat edib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2014-cü ildə iflic olan aktyor bu gün 76 yaşında İstanbulda dünyasını dəyişib.
Qeyd edək ki, H.Akçatepe "Hababam sinfi" filmində canlandırdığı "Güdük Necmi" obrazı ilə sevilib.