Novruz tətilindən sonra bəzi icra başçılarının dəyişdirilməsi
gözlənilir
Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, ilk növbədə sakinlərin daha çox narazılıq etdiyi icra
başçıları dəyişdiriləcək: Həmin icra başçlarının adı Prezident
Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müəyyənləşdirib
və Azərbaycan prezidenti İlham Əliyevə təqdim edilib.
Yada salaq ki, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri
ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov açıqladığı məlumata görə, ötən il
Bakı, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə,
Biləsuvar, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Neftçala, Saatlı, Salyan, Şamaxı,
Şəmkir, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayı çoxdur.
Bu rayonların icra hakimiyyəti başçılarının yaxınlarda yola salınacağı gözlənilir.
Ulu Yol Xəbər portalı » Ölkə » Qara dəftərdəki icra başçılarının adları İlham Əliyevə təqdim edilib - Siyahı
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/