Oskar mükafatına layiq görülən, Eddie Redmayne və Alicia Vikanderin baş rollarını canlandırdığı "Danimarkalı qız” filminin Hindistan televiziyasında göstərilməsinə qadağa qoyub.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hindistan rəsmiləri rəssam Lili Elbe və Gerda Wegenerın həyatından ilhamlanaraq yazılan kitabın motivləri əsasında lentə alınan və ilk cinsiyyət dəyişdirmə əməliyyatını keçirən Lili Elbenin həyatından bəhs edən ekran işinin 18 yaşına çatmamış yeniyetmələr üçün zərərli olduğu bildirib. 2015-ci il istehsalı olan filmin televiziyada yayımlanması qadağan edilib.
Sözügedən qərar isə hindli tamaşaçının narazılığına səbəb olub. Onlar sosial şəbəkədə
qərara sərt reaksiya göstəriblər.
Qeyd edək ki, film keçən il 4 nominasiya üzrə Oskara namizəd olmuşdu. Aktrisa
Alicia Vikander "Ən yaxşı ikinci dərəcəli aktrisa” mükafatına layiq görülmüşdü.