"Elnur İsmayılov az bir vaxtda Göyçay rayon təhsilini
tamamilə iflic edib"
Göycay rayon sakinləri tərəfindən yazılmış şikayət yayılıb. Məktubda Göyçay
rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov korrupsiya əməllərində ittiham
olunur. Şikayəti sizə təqdim edirik:
Biz mətbuat vasitəsi ilə Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik
ki, Heydər Əliyev Fonduna, Azərbaycan Təhsilinə hörmətsizlik edən, korrupsiya əməlləri
ilə məşğul olan Göyçay rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılovun barəsində
təcili tədbirlər görsün.Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin dəstəyi
ilə 2017-ci ilin 18-23 mart tarixlərində "Azərbaycanı Tanıdaq” layihəsi üzrə
Göyçay rayonundan gedən 40 nəfər şagirdin hər birindən 250 manat pul yığılıb.
Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov hər şagirddən 250 manat
pulun alınmasını məktəb direktorlarına tapşırıb.Lahiyəyə əsasən hər rayondan bu
turda cəmi 40 şagird iştirak edir, ancaq Elnur İsmayılov biclik işlədib
yalandan elan edib ki, Göyçay rayonundan guya 80 nəfər şagird iştirak edəcək.Buna
görə də məktəb direktorları 80 nəfər şagirddən hər birindən 250 manat pul
yığıblar. Buna imkanı olmayan şagird turdan kənarlaşdırılıb pulu verən şagirdlə
əvəzlənib.Bu yolla Elnur İsmayılov küllü miqdarda pul yığıb. Əslində isə
"Azərbaycanı Tanıdaq" lahiyəsi Heydər Əliyev Fondu tərəfindən maliyələşdirilir.
Göyçay rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov fürsətdən istifadə edərək
hiylə işlədib bu lahiyəni Göyçay təhsilində pulla həyata keçirib. Yığılan
pulları isə Elnur İsmayılov öz şəxsi işlərinə sərf edib.Həmçinin elə valideyin
olub ki, şagird övladının istəyini həyata keçirmək üçün borc alıb Göyçay rayon
Təhsil Şöbəsinin müdiri Elnur İsmayılova verib.Elnur İsmayılov bir neçə aydır
ki, Göyçay rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub ancaq onun
etdiyi qanunsuzluqlar, özbaşınalıqlar bütün kasıb valideyinləri boğaza
yığıb.Bayram, tədbir. keçirmə adı ilə, süpürgə pulu, iməcilik və sairə səfeh
bahənələrlə məktəblərdə şagirdlərdən tez-tez pul yığılır. Pul verməyən müəllimlərin
dərs saatları azaldılır, pul verən savadsız müəllimlərin isə dərs saatları
çoxaldılır. Fənn kabineti, dərsdən sonra əlavə məşğələyə ayrılan pullar təyinatı
üzrə xərclənmədən talan edilir.Demək olar ki, Elnur İsmayılov az bir vaxtda
Göyçay rayon təhsilini tamamilə iflic edib.Biz mətbuat vasitəsi ilə Mehriban
xanım Əliyevaya müraciət edib Göyçay təhsilini iflic vəziyyətə salmış Elnur
İsmayılovun qanunsuz əməllərinin araşdırılıb barəsində tədbir görülməsini xahiş
edirik.
Göyçay rayon sakinləri
Qasımov Bəhlul İzzət oğlu
Məmmədov Müşfiq Muradxan oğlu
Əliyeva Kəmalə Əsgər qızı
Tarverdiyeva Təranə Yusif qızı
Qəhrəmanova Sona Davud qızı
İbrahimov Əjdər Xasay oğlu
Alıyev Bəxtiyar Süleyman oğlu
Salahov Kamil Lətif oğlu
Qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq! (bolgexeber.com)
Ulu Yol Xəbər portalı » Region » “Azərbaycanı Tanıdaq” layihəsi üzrə Göyçaydan gedən şagirdlərdən pul yığılıb"- İTTİHAM
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/