Arzuolunmaz şəxsləri şərləyib həbs etmək avtoritarizmin bineyi-qədimdən istifadə etdiyi bir üsuldur ki, bundan indi bizdə hökmranlıq edən rejim də məharətlə yararlanır.

Hələki, bu üsul rejimin öz hakimiyyətini qoruması baxımından effekt verir. Hakimiyyət toplumu zərərsizləşdirmək üçün ilkin şərt olaraq insanların məlumatsızlığını təmin etməyə çalışır və xeyli dərəcədə buna nail olur. Ən kütləvi yayın vasitələri olan televiziyaları nəzarətdə saxlamaqla, əhalinin informasiya blokadasında qalmasını təmin edir... Bu gün sorğu keçirtsək, görərik ki, əhalinin böyük əksəriyyəti nəinki günahsız həbs edilən siyasi məhbusların müdafiəsi üçün hər hansı bir addım atmağa hazır deyil, əksəriyyət heç onları tanımır da...

Səbəb nədir? Ölkədə söz və fikir azadlığı davamlı olaraq və total şəkildə boğulması, səsini qaldırana cinayətkar damğasının vurulması. Polis əllərində, məhkəmə əllərində - kimə nə qədər istəsələr, o qədər "iş oxutdura” bilirlər. Şərləndiyini Avropa Məhkəməsi səviyyəsində isbat edə bilən siyasi məhbuslar da bu problemi aradan qaldıra bilmir. Çünki, bir tərəfdən, Avropa Məhkəməsinin qərarları vaxtında icra edilmir, digər yandan hakimiyyət sanki siyasi məhbuslar üçün həbsxanada bron edilmiş yerləri boş qoymur. Bir məhbus azad olunursa, digər siyasi fəal həbsə atılır.

Eynən kəçən həftə olduğu kimi: Leyla Yunus səhhətindəki problemin ağırlaşması səbəbilə həbsdən azad edildi, hakimiyyət narahat idi ki, dünyaca tanınmış bir hüquq müdafiəçisinin həbsxanada başına bir iş gələrsə, rejim bunun məsuliyyətindən qaça bilməyək. Amma elə həmin günlərdə AXCP sədrinin muavini Fuad Qəhrəmanlı ağlasılmaz ittihamlarla həbs olundu. Əslində, Leyla Yunus azad olunsa da, dəmir barmaqlıqlar arxasında hələ 80 siyasi məhbus var. O cümlədən Müsavat başqanının üç muavini - Tofiq Yaqublu, Yadigar Sadıqov və Fərəc Kərimli də gunahsız həbs yatırlar... Amma hakimiyyət siyasi məhbus sayının hətta 1 nəfər belə azalmasının cəmiyyəti və müxalifəti ruhlandıra biləcəyindən narahatdır. Fuad Qəhrəmanlını da buna görə tutdular, məncə.

Hakimiyyət öz dayaqlarının zəiflədiyini, maliyyə resurslarının tükəndiyini anlayır, xüsusən beynəlxalq dəstəkdən məhrum olduğunu bilir, ona görə də daxildə vəziyyətin nəzarətdən çıxacağından qorxur - repressiv tədbirləri də buna görə  artırır. Qərbin və Avropanın təpkilərinə əhəmiyyət verməyərək, mətbuatı, vətəndaş cəmiyyəti institutlarını, o cümlədən siyasi partiyaları əzməklə, qanunları daha da sərtləşdirməklə, polisin səlahiyyətlərini artırmaqla, bir sözlə, zorakılığa rəvac verməklə, açıq diktaturaya keçir.

Konstitusiyamızda təsbit olunan azadlıqlar onsuz da kağız üzərində qalmışdı: xalq öz hakimiyyətini dəyişmək imkanından, öz fikrini sərbəst ifadə etmək imkanından, etiraz etmək imkanından məhrub edilib, vətəndaşların azad toplaşma hüququ da bir stadion çərçivəsi qısıqlanıb. İndi bizim hətta kağız üzərindəki azadlıqlarımızı da məhdudlaşdırmağa, qanunları redaktə etməyə başlayıblar. Kütləvi tədbirlərə görə cəzaların sərtləşdirilməsi də yetmir bunlara, artıq həm də dini məhdudiyyətlər qoyulur, məscidlər bağlanır...

Əvvəl Azərbaycanın müstəqilliyi üçün vuruşanları düşmən elan etdilər. Həqiqi istiqlalçıları nəinki layiq olduqları imtiyazlardan, hətta ən elementar hüquqlardan məhrum etdilər.

Sonra Azərbaycanın ərazi bütövlüyü üçün vuruşanları arzuolunmazlar siyahısına saldılar, Qarabağ qazilərini hüquqsuz və səfil həyata düçar etdilər.

İndi də dini kəsimi düşmən elan edirlər...

Hara qədər gedəcək bu? Cəmiyyətin bütün təbəqələri düşməndirsə, kimin hakimiyyəti olacaqlar? Tutalım bir müddət də özlərinin talançı şəriklərini düşmən elan edib sıradan çıxaracaqlar, bu iş başlayıb artıq, çevrələri bir az da daralacaq.

Bəs sonra?!

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300