Nəqliyyat naziri Ziya Məmmədov Göyçay rayonunun Hüngütlü kəndindəki dəbdəbəli villasını satıb. 

Bu barədə İstiqlal.az-a məlumat verən mənbə villanı alan şəxsin adını da açıqlayıb. Bu, Rusiyada yaşayan milyarder Fərhad Əhmədovun bacısı Kəmalə Əhmədovadır. 

Mənbə villanın neçəyə satıldığı barədə dəqiq informasiyaya malik olmadığını deyib.

Qeyd edək ki, Avropa Oyunlarından sonra Ziya Məmmədovun "vurulması" prosesinə start verilib. Nəqliyyat Nazirliyinin demək olar ki, bütün səlahiyyətləri alınıb. Hazırda Ziya Məmmədovun bu quruma rəhbərliyi formal xarakter daşıyır. İddialara görə, yaxın günlərdə Nəqliyyat Nazirliyi ləğv ediləcək. 

Ziya Məmmədovun biznes imperiyasının çökdürülməsinə də start verilib. Artıq ona məxsus "Garant Holdinq"ə daxil olan ən böyük şirkətlərdən biri "Garant Sığorta" ASC ləğv edilib. 

Bildirilir ki, nazirin nəzarətində olan digər biznes strukturları da ya ləğv ediləcək, ya da başqa bir oliqarxın kurasiyasına veriləcək.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300