"Akkord” şirkəti ziyan vurmuş şəxsin pulunu ödəmir.

BakiPost.az-a bu barədə məlumatı zərərçəkən -Qasımov Emil İlham oğlu verib. Onun sözlərinə görə, günahın tam sübuta yetirilməsinə, hətta sürücün sərxoş halda avtomobili idarə etməsi müəyyənləşməsinə başmayaraq, dəyən ziyan ödənilmir: "2016-cı il noyabrın 19-u, saat 14:05 radələrində Nobel prospektinin NZS yolu ilə kəsişməsində svetoforun qırmızı işığında dayanmışdım. Bu vaxt idarə etdiyim 99 AR 102 dövlət nömrə nişanlı avtomobilimə AKKORD şirkətinə məxsus 90 JZ 894 dövlət nömrə nişanlı "MERCEDES” beton pompa maşını yüksək sürətlə çırpıldı. Hadisə nəticəsində mən və daha 2 nəfər ailə üzvüm təcili tibbi yardım maşını ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılmışıq. Hadisə nəticəsində ailə üzvlərim ağır bədən xəsarətləri aldı. avtomobilim yararsız hala düşdü.

 

Xətai rayon baş polis idarəsinin apardığı araşdırma nəticəsində sürücünün sərxoş olduğu müəyyən edildi.

Baş vermiş qəza nəticəsində hadisədən 4 ay keçməsinə baxmayaraq AKKORD şirkəti bu hadisə ilə maraqlanmayıb, onlara etdiyim müraciətlərə məhəl qoyulmayıb”.

Şikayətçi bildirib ki, məsələ ilə bağlı Prezident İlham Əliyevə və hüquq-mühafizə orqanlarına müraciət edəcək.



 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300