2015-ci ildə qəfildən Moskva ətrafındakı fermasını atıb ailəsi ilə birlikdə Azərbaycanın işğal altındakı ərazilərinə köç edən, (yaxud göndərilən) lakin daha sonra Bakının onun barəsində cinayət işi açmasından sonra Rusiyaya geri qayıdan ekstravaqant milyoner German Sterliqov yenə üzə çıxıb.

 

Virtualaz.org xəbər verir ki, Sterliqov bu gün özünün Facebook səhifəsində yazıb: "Bu gün mənə xəbər verdilər ki, Azərbaycanın Baş prokuroru yenidən Rusiya hakimiyyətindən barəmdə cinayət işi qaldırılmasını və tutulub Bakıya təhvil verilməyimi tələb edir. Bütün bunlar ona görədir ki, mən yüksəkdən və arqumentləşdirilmiş şəkildə Qarabağın erməni torpağı olduğunu demişəm. Və mənim müsahibəmə dünyanın hər yerindən milyonlarla adam baxıb. Ona görə də belə görünür ki, məni ələ keçirib hamının gözü qarşısında xırda hissələrə doğramaq istəyirlər”.


Sterliqov daha sonra yazır ki, Azərbaycan hakimiyyəti əmin ola bilər: Rusiya onu verməyəcək. "Çünki burada hakimiyyətdə Putindir, Lukaşenko deyil. Və Rusiya hansısa banan ölkəsi yox, yaxın gələcəyin monarxiyasıdır”.


German Sterliqov 2015-ci ildə qəfildən Dağlıq Qarabağa köçəndə bunu özü Azərbaycanın işğal altındakı ərazilərində "ekoloji təmiz məhsullar” istehsal etmək və onları Rusiyaya ixrac etmək, "kəndli təsərrüfatının inkişafı ilə məşğul olmaq” planları ilə izah etmişdi. Lakin Rusiya mətbuatı yazmışdı ki, ola bilsin Sterliqov BORN millətçi təşkilatının qətldə ittiham olunan üzvlərinin işində adının keçməsi səbəbindən Qarabağa qaçıb. Bir çoxları isə Sterliqovun ümumiyyətlə Rusiya xüsusi xidmət orqanları tərəfindən hansısa siyasi məqsədlərlə Qarabağa "ezam edildiyini” təxmin etmişdi.


Sterliqov Qarabağa qəfil gəldiyi kimi qəfil də getdi. Azərbaycan Baş prokurorluğu onun barəsində cinayət işi açdı və müstəntiqlər qalmaqallı biznesmeni dindirmək üçün Moskvaya ezam olundular. Lakin Rusiya Sterliqovun barəsində cinayət işi qaldırıb onu həbs etmədi və məsələ sanki unuduldu. İndi isə qalmaqallı biznesmen yenidən səhnəyə çıxıb və Qarabağın "erməni torpağı” olması haqda danışmağa başlayıb. Və Zakir Qaralov da yenidən onu yada salıb...

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300