Sumqayıtın icra başçısı Zakir Fərəcovdan dövlət başçısı İlham Əliyevə və Baş prokuror Zakir Qaralova şikayət edilib.

Şikayətçilər bir qrup iş adamıdır. Sumqayıtda abadlıq-quruculuq işlərinə öz tövhələrini vermiş iş adamları Aydın Abdullayev, Bəxtiyar Ənnağıyev, Bilal Piriyev, Çingiz Mansurov, Elçin Qarayev, Eyvaz Abbasov, İsa Qasımov, Məhəmməd Əsgərov, Rəşad Abbasov və Zöhrab Rzayevin şikayəti gördükləri işin müqabilində onlara verilməli olan külli miqdarda pul vəsaitini ala bilməmələrindəndir.

İş adamları bir surətini də 24saat.org-a  göndərdikləri şikayət məktubunda yazır: "

Cənab prezident, 2016-cı il sentyabr ayının 27-də Sumqayıt şəhərinə səfər edib yenidənqurma-abadlıq işləri ilə tanış olduğunuz zaman Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov görülmüş işlərlə bağlı ümumi məlumatları sizə bildirsə də, ən vacib məqamı – çoxsaylı iş adamlarının və fəhlələrin haqlarının qəsb edildiyini məqsədli şəkildə gizlədib. Yəqin ki, bizim zəhmətimiz nəticəsində ərsəyə gəlmiş bu işləri bəyəndiyinizə görə, siz 2016-cı ilin oktyabr ayının 4-də Zakir Fərəcovu 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif etmisiz. İnanırıq ki, bizim bu müraciətimizdən sonra haqqımızın bərpa edilməsinə yardımçı olmaqla bizləri də tezliklə sevindirəcəksiniz”.

İş adamları yazır ki, 2016-cı ilin fevral-sentyabr aylaında Sumqayıt şəhərində yenidənqurma işlərinin bir hissəsinin görülməsi Zakir Fərəcov tərəfindən iş adamı Müqayis Verdiyevə həvalə olunub. Müraciəti imzalayan sahibkarlar əvvəlcə Müqayis Verdiyevin daha sonra isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri Fəzail Hüseynovun vədlərnə aldanaraq onları tikinti materialları və işçi qüvvəsi ilə təmin etmələrinə baxmayaraq bunun müqabilində verilməli olan pullarını ala bilmirlər. İş adamları deyir ki, Müqayis Verdiyev onların bir çoxunu gələcəkdə də başqa iri layihələrə cəlb edəcəyi ilə şirnikləndirib. Fəzail Hüseynov isə onları abadlıq işlərinin ölkə başçısının nəzarətində olduğuna və maliyyə probleminin yaşanmayacağına əmin edib. Adıçəkilən məmur iş adamlarına deyib ki, onların pulları ən geci İlham Əliyevin Sumqayıta səfərinin ertəsi veriləcək. İş adamları yazır:

"Gözlənildiyi kimi siz Sumqayıta səfər etdiniz. Səfərin ertəsi günü vəd edildiyi kimi öz halal pulumuzu almaq üçün icra hakimiyyətinin binasına üz tutduq. Lakin oradan bizə bildirildi ki, icra hakimiyyətində nə pul var, nə də şikayətimiz dinləmək həvəsi. Həmçinin xəbərdarlıq etdilər ki, səsimiz ucaldaraq asayişi pozsaq, dərhal polis bölməsinə aparılacağıq. Narazılığın səngimədiyini gördükdən bir neçə gün sonra isə Müqayis Verdiyev barəsində cinayət işi başlandı.

Sumqayıt şəhər prokurorluğunun böyük köməkçisi Feyzulla Qasımovun 08.10.2016-cı il tarixli qərarı ilə Müqayis Verdiyev Cinayət Məcəlləsinin 162.1.1, 179.3.2 və 222.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edildi və daha sonra məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildi.

Maraqlıdır ki, istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda yenidənqurma – abdlıq işləri çərçivəsində baş tutmuş iri miqyaslı korrupsiya cinayətləri ilə bağlı faktlar əksini tapmamış və bizlər məqsədli şəkildə zərərçəkmiş şəxs qismində tanınmamışdıq. Məhz Baş Prokuroluğa və Sumqayıt Şəhər Prokuroluğuna çoxsaylı müraciətlərimizdən sonra bizlər həmin cinayət işi üzrə zəzərçəkmiş şəxs qismində tanındıq və bizdən ətraflı ifadələr alındı.

Hamımız eyni sxem üzrə aldanılmışıq. Əvvəlcə Müqayis Verdiyevlə tanış olmuş, öz təkliflərimizi irəli sürmüşük. Qiymətlərdə razılıq əldə olunduqdan sonra Müqayis Verdiyevin dərhal beh verməsi ona daha çox inanmışıq və öz mallarımızı təqdim etmişik. İlk günlərdə pullarımızı dərhal, sonra hissə-hissə və gecikmələrlə almışıq. Bir müddət sonra isə pullar verilməyib və biz hələ də borclarımızı ala bilmirik”.

İş adamları deyir ki, pulları verilməyəndə tikinti materiallarının təchizatını dayandırıblar. Lakin Fəzail Hüseynov işə qarışaraq onları problemin tezliklə həll olunacağına inandırıb və iş adamlarından təchizatı davam etdirmələrini xahiş edib: ”Fəzail Hüseynov bəzi iş adamlarını bir yerə toplamaqla, bəziləri ilə isə ayrı – ayrı görüşərək abadlıq işlərinə icra hakimiyyətinin rəhbərlik etdiyini və bütün borcların sizin səfərinizdən bir gün sonra ödəniləcyinə zamin durdu.

Bizlər bu dəfə dövlət məmurunun sözünə inanaraq külli miqdarda ziyana uğramaqla öz vəsaitimiz hesabına yenidən tikinti materiallarını və s. xidmətlərimizi sona qədər təqdim etmişik”.

İş adamları onlara olan borcun məbləğini də ayrı-ayrılıqda açıqlayıblar.

Məlum olur ki, Aydın Abdullayevə təqdim etdiyi üzlük daşa görə 119 min 532, 5 manat, Bəxtiyar Ənnağıyevə təqdim etdiyi kabel, taxta, şlanq və ayaqaltı müqabilində 25 min 145 manat, eləcə də 13 işçiyə çatası 10 min 270 manat, Bilal Piriyevə təqdim etdiyi üzlük daş üçün 98 min 339 manat, Çingiz Mansurova təqdim etdiyi beton qarışığına görə 244 min 300 manat, həmçinin Sumqayıtda quraşdırılmış dövlət bayrağın daşınma xərcləri olaraq üçün 4000, Elçin Qarayevə təqdim etdiyi üzlük daşı 36 min 300 manat, Eyvaz Abbasova təqdim etdiyi betonaltı dəmir torun müqabilində 198 min 600 manat, bayrağın trosunun qaydaya salınması xərcləri olaraq 3000 manat, İsa Qasımova təqdim etdiyi üzlük daşı üçün 136 min 500, Məhəmməd Əsgərova təqdim etdiyi tamet daşına görə 179 min manat, həmçinin bayrağa görə ondan alınmş 40 min dollar, İlham Məmmədova təqdim etdiyi ağac və digər materiallara görə 297 min manat, Rəşad Abbasova təqdim etdiyi üzlük daşına görə 35 min 600 manat, nəhayət, Zöhrab Rzayevə təqdim etdiyi tamet daşı müqabilində 258 min 280 manat, eləcə də 1 ədəd avtokarın icarə haqqı olaraq 6 min manat verilməlidir.

İş adamları bildirir ki, fəhlələlərə də külli miqdarda borc yaranıb. Onların sözlərinə görə, ümumilikdə borc 3 milyon manatdan artıqdır.

İş adamları yazır ki, bu məsələdə yalnız Müqayis Verdiyev deyil, icra hakimiyyətinin vəzifəli şəxsləri də təqsirkardır. Onlar hesab edir ki, bu baxımdan işin Sumqayıt Şəhər Prokurorluğunda araşdırılması doğru deyil. İş adamlarının fikrincə, işi Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzarətindən çıxarmaq üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilməlidir.

Sahibkarlar həmçinin Fəzail Hüseynov tərəfindən hədələndiklərini bildirirlər. Onları şikayətçilərin başına bir iş gələcəyi təqdirdə bunun Sumqayıt Şəhər İcra Hakimiyyətinin sifarişi ilə ediləcəyini deyirlər.

Sonda müarciət müəllifləri dövlət başçısından məsələyə müdaxilə edib ədalətin bərqərar olunmasına yardımçı olmasını xahiş ediblər.


 Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300