P&G-nin Azərbaycan Respublikasındakı nümayəndəsi Engin-LTD şirkətinin keçmiş əməkdaşı Gündüz Qəhrəmanov redaksiyamıza şikayət ərizəsində müraciət edib.Həmin şikayət ərizəsinin bir surətinidə adiyyatı üzrə dövlət orqanlarına göndərəcəyini bildirib.
Gündüz Qəhrəmanov Xeberman .com-a bildirib ki, Engin-LTD şirkətində uzun müddət müxtəlif vəzifələrdə işləyib.İşlədiyi müddətdə kollektivin və rəhbərliyin rəğbətini qazandığını,məsuliyyəti ilə işə yanaşdığına görə Engin-LTD şirəkətində sahə üzrə satış müdürü vəzifəsinə yüksəldiyini bildirib.Hal-hazırda səbəbi özünə məlum olmayan səbəblər ucbatından işdən uzaqlaşdırılıb.

Gündüz Qəhrəmanov yazdığı ərizəsində bildirib ki, fevral ayının 26-dan xəstə olduğu üçün mart ayının 6-a qədər bülleten götürüb işə getməmişdi.Sağalıb vaxtından tez(martın 2-də)işə gəlib.İşdə ona deyiblər ki, sən işdən azadsan.Səbəbini soruşanda isə qənaətbəxş cavab verməyiblər.İşdə ona rəhbərlik tərəfindən bildirilib ki, könüllü şəkildə ərizə yazıb işdən çıxmasan, töhmətlə işdən azad olunacaqsan.
Bu məqsədlə ilk 3 ayda əsassız töhmət verdilər. Birinci töhmət verilməsinin səbəbi isə "Ferrero” şirkətinin istehsal etdiyi "Raffaello” şokolodlarının dükanlarda satılmaması idi. Satışın aşağı düşməyinin mənim işimlə əlaqələndirib əsassız olaraq töhmət verdilər. Siz jurnalistlər də bilirsiniz ki, "Ferrero” şirkətinin istehsal etdiyi "Raffaello” şokolodlarının Azərbaycana Ermənistandan gəlməsi barəsində yazılar dərc edildi. Bu xəbər tvlərdə ,saytlarda yayılandan sonra isə "Ferrero” şirkətinin istehsal etdiyi "Raffaello” şokolodlarının Azərbaycanda satışının dəyandırmasına səbəb oldu.Mənimdə burda heç bir günahım yoxdur.İkinci töhmətim isə əsassız olaraq üzümə qarşı zarafat edə-edə bir töhmət yazdı. Deyəndə niyə yazırsan dedi yazmalıyam digər işçilərə də yazırıq. Mən buna etiraz etdim hətta bu barədə rəhbərliyə və digər şirkətin əməkdaşlarına da bildirdim. İndi də mənə iş yoldaşlarım bildirib ki, məni işdən qeyri- qanuni olaraq yeni bir töhmət yazıblar. Guya mən xəstələnib bülletn açdırmağım barədə şirkətdə rəhbər şəxslərə məlumat verməmişəm . Tam əsassızıdır.Mən rəhbər şəxslərə xəstələnməyim barəsində məlumat vermişəm. Onlara da bildirmişəm bülletenim var ona görə işə gələ bilmirəm. Onlar da heç bir etiraz etmədi.Təbii bu xəbəri telefon vasitəsi ilə xəbər etmişəm. Ağır xəstələnmişəm deyə işə gedə bilmədim. Telefonumda proqram var. Kimlə danışıram zaps olunur . Həm səslədə sübut edə bilərəm bu tam yalan və əssasız məlumatdır. Bunu sübut edəcək yetərincə telefon danışıqlarım vhatsAppda yazışmağımız və iş yoldaşlarımın yanında olduğuna görə yetərincə şahidlərim var . Onlarda mənə qarşı edilən haqsızlıqlara görə narahatdır. Əgər hüquqlarımı media və adiyyat dövlət orqanlarına yazdığım məktublar nəticə verməsə məhkəməyə verəcəm və hüquqlarımı müdafiə edəcəyi barəsində yazdığı ərizədə qeyd edib.
Gündüz Qəhrəmanovla əməkdaşımız görüşərkən bildirib ki, onun işdən çıxması ani olduğundan əvəllcədən heç bir xəbərdarlıq olmadığından, ailədə tək özü işlədiyindən onun maddi vəziyyətinin ağırlaşdığını bildirir.Qanunvericilikdə nəzərdə tutulan işçilərə aid imtiyazlardan yararlanmaq istədiyini bildirib.Misal üçün 3 aylıq maaşının kompensasiya şəkilində verilməsini, iş saatından əlavə işlədiyi müddətin pulunun istədiyini bildirib.
Xeberman.com saytı olaraq istədik ki, qarşı tərəf olaraq ENGİN LTD şirkətindən münasibət öyrənib şirkətin mövqeyini də dərc edək. Bu məqsədlə sorğu da göndərdik . ENGİN LTD şirkəti sorğumuza cavab yazıb həmin yazını da təqdim edirik.
10.07.2015 -10.03.2017-ci il tarixində ENGİN LTD-də Satış üzrə sahə meneceri vəzifəsində işləyən Gündüz Qəhrəmanov fevral ayının 27-i məzuniyyətini bitirib işə gəlməli olsa da heç bir xəbərdarlıq etmədən işə gəlməyib və mart ayının 2-də əvvəlki tarixlər üçün bülleten açdığını bildirib. Buna baxmayaraq, ay üzrə tam əmək haqqı onun hesabına köçürülmüşdür. 03.03.2017-ci il tarixində cavabdeh olduğu sahə üzrə xeyli səhvlər aşkarlanmış və 09.03.2017-ci il tarixində şiddətli töhmət almışdır. Son 6 ay ərzində Gündüz Qəhrəmanov 16.11.2016, 13.02.2017, 09.03.2017-ci il tarixlərdə olmaqla sayca üç (3) töhmət almış və izahatı alınmışdır. Sonuncu şiddətli töhmətdən sonra 10.03.2017-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad olunmuşdur. İşdən azad olunması ilə bağlı sənədlər onun həm faktiki, həm də hüquqi ünvanına göndərilsə də ailə üzvləri sənədi qəbul etməkdən imtina etmişdir.
Bu halda pul kompensasiyasının ödənməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun deyil.
P.S. Bu yazını yazarkən yeni şikayətçilər də saytımızın əməkdaşları ilə əlaqə saxlayıblar .Onlar da ENGİN LTD şirkətinin rəhbər şəxsləri tərəfindən hüquqlarının pozulduğunun bildiriblər. Qısa zamanda onların da şikayətlərini saytımızda qeyd edəcəyik.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300