Manatın ikinci devalvasiyasından sonra paytaxt Bakıda qiymət artımının şahidi olduq.Adiyyatı qurumlar qiymətlərin nəzarət altında saxlanacağın qeyd etsələrdə,amma hər gün qiymət artımının şahidi oluruq.Xatırladaq ki,Bakıda qiymətlərə nəzarət,yoxlamalar olsada,regionlarda vəziyyət fərqlidir.

Uluyol.İnfo xəbər portalı regionlarda qiymət artımı ilə əlaqəli müntəzəm olaraq oxuculara məlumat verəcik.Bu dəfə qiymət artımından əziyyət çəkə Sabirabad rayonudur. Həmsöhbətimiz AXCP-nın Ali Məclis üzvü,ziyalı Sahib Rüstəmli oldu.

 

Sahib bəy, Sabirabad rayonuna manatın ikinci dəfə devalvasiyası hansı çətinliklər yaratdı?
 
-Sabirabadda da Azərbaycanın hər bölgəsində olduğu kimi manatın devalvasiya uğraması bir çox çətinliklər yaradaraq əhalinin yaşam tərzini xeyli çətinləşdirmişdir. Manatın qiymətdən düşməsi ilk növbədə ərzaq və sənaye mallarının qiymətlərinin artmasına səbəb oldu. İş yerlərinin olmamasından yalnız qocaların və əlillərin pensiyası hesabına dolanan əhalinin çox hissəsi əllərinə çatan pulları yalnız komunal xərclərin ödənməsinə və ərzaq mallarına sərf etdiklərindən onların yaşayışı daha acınacaqlı vəziyyətə düşmüşdür. Pensiya verilən vaxt bankomatların qarşısında yaranan növbə bunu sübut edir. Camaat bankomatdan götürən kimi komunal xərcləri ödəmək üçün də növbəyə dayanırlar.

Rayon rəhbərliyi qiymət artımın qarşısın alacaq tədbirər gördümü?

-Qiymət artımının qarşısında ölkə acizdir.İcra başçısının gücü daxilində deyil.Sadəcə bayramla əlaqəli yarmarka təşkil etdilər.Mer-meyvənin ucuz qiymətdə satışın keçirdilər.Yarmarkada qiymətərin ucuz olması üçün bələdiyyələrə,kənd icra nümayəndələrinə,məmurlara göstəriş verdilər  ki,dəyən ziyanı ödəsinlər.Baha qiymətə alınan məhsulları yarmarkada ucuz qiymətə satıb,gözdən pərdə asdılar.Bu yarmakada qurtardı,bundan sonra necə olacaq?!

Sabirabad rayonu kənd-təsərrüfatı ilə məşğul olan rayonlarımızdandır.Əkinçiliyə,maldarlığa qayğı,şərait yaradılırmı?

  -Sabirabad aqrar-təsərrüfat rayonu olsa da burada əhali SSRİ dövründə olduğu kimi əkinçiliklə və maldarlıqla kütləvi məşğul olmur. Çünki, heç əkinə və mal-qaraya sərf edilən maya dəyəri qazanıla bilmədiyindən əhali bu ildən o ilə borcla çıxır. Kəndlinin yetişdirdiyi məhsulu xaricə çıxarmaq üçün elə rüşvət tələb edirlər ki, onlar ziyanla qayıdırlar. Daxili bazarda isə  məmurlara məxsus olan istixanalarda yetişdirilən məhsulla rəqabətə girə bilmirlər. Hətta xırda fermerlərin yetişdirdikləri pambıq da alıcı olmadığından və ya çox ucuz qiymət təklif edildiyindən sahələrdə qaldı.Heyvandarlıq da o cümlədən, çox baha başa gəlir. İri buynuzlu və xırdabaş mal-qaranı yetişdirmək üçün ona verilən yemin qiyməti çox baha olduğundan ondan da heç bir gəlir əldə edilmir.
 
Əkinçilikdə,maldarlıqda yaranan problemləri,sakinlər çıxış yolun nədə tapır?

 - Çətinlik səbəbindən əhalinin əli iş tutan cavanlarının çoxu Rusiya və keçmiş postsovet ölkələrinə üz tuturdular. Keçən ilə qədər onlar ailələrinə dolanışığa az da olsa kifayət edən miqdarda pul göndərə bilirdilər. İndi oralarda da iqtisadi tənəzzül olduğundan lazımi miqdarda vəsait göndərə bilmirlər.
 
 
 
Sabirabad rayonu qışa hazırlıq hansı vəziyyətdədir?
 
 
-  Rayonda qışa hazırlıq üçün də hakimiyyət heç bir tədbir görmür. 2 il əvvəl çəkilmiş kənd yolları bərbad hala düşmüşdür. Bir az yağış yağan kimi məktəblilər palçıqdan heç məktəbə də gedə bilmirlər. Şəhərdə və bir çox kəndlərdə elektrk enerjisinin verilməsində kabel sisteminə keçilməsinə baxmayaraq göyün üzünə azca bulud gələn kimi işıqları söndürürlər. Son dövrlər kəndlərə qaz verilməsi üçün sürətli iş gedir. Lakin qaz xətləri hazır olan kəndlərə də qaz verilmir. Bir ay əvvəl Cavad kəndində qaz verilməsinin açılışını etmələrinə baxmayaraq hələdə kənddə qaz yoxdur. 10 ilə yaxındır ki, şəhərdə kanalizasiya sisteminin yenidən qurulacağı deyilsə də hələ bir iş görülməyib. Əvəzində bütün küçələri içməli su xətləri çəkdikdən sonra bərbad vəziyyətə saldılar.
 
Rayonda siyasi vəziyyət nə yerdədir? Hansısa,təzyiqlər olurmu?

  - Rayonda siyasi vəziyyət də ürəkaçan deyil. Tez-tez müxalif partiya fəallarını qısamüddətli həbs edir, onlara işgəncələr verilir və qorxudurlar. AXCP Sabirabad GT-nın üzvü Murad Adilovu da narkotiklə şərləyərək həbs etdilər. Sabirabad dindar rayon olduğundan Nardaran hadisələrindən sonra burada axundaları, seyidləri, mollaları, qaziləri toplayaraq onlara tapşırıqlar verdilər ki, əhali arasında nardaranlıları gözdən salan təbliğat aparsınlar. Buna görə dindarlar arasında da parçalanmalar əmələ gəlmişdir.

Söhbətləşdi:Saday FƏRƏCOV
           ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300