Bildiyimiz kimi, məşhur rəssam Salvador Dali (1904-1989) bir çox sirli rəsm əsərləri yaratmışdır ki, bu sirlər, oradakı gizli şifrələr üzərində bu gün də tədqiqatçılar baş sındırmaqdadırlar. Rəssamın belə şifrəli əsərlərindən biri də "Geopolitik uşaq yeni insanın doğumunu seyr edir” adlı rəsm əsəridir.

 

Göründüyü kimi, əsərdə Yer kürrəsi, materiklər təsvir edilib və kürrədən bir uşaq doğulur. Əsərdə diqqət çəkən digər məqam kənarda dayanan qadının əliylə xəritə üzərində Azərbaycanı işarə verməsidir. Bir çox təhlilçilər əsərdəki yeni doğulan körpənin dünyanı xilas edəcək XİLASKAR – İsa Məsih, yaxud, Həzrət Mehdi olduğunu bildirirlər və qadının verdiyi işarə ilə rəssamın bu körpənin Azərbaycandan çıxacağını xəbər verdiyini güman edirlər.

 

Oxucularımıza məlumdur ki, indiyədək elmi-lədun yolu ilə bir çox sirlər üzərindən pərdələri qaldırmışıq. Buna misal olaraq Qız qalasının sirləri, Mendeyeyev cədvəlinin sirləri, Astronomiya, anatomiya, daktiloskopiya və s. elmlərə aid açdığımız sirləri oxucularına təqdim etmişik.

Bu yazımızda isə, sirli rəssam Salvador Dalinin sözü gedən əsərindəki sirləri oxucularımıza təqdim edirik.

 

Elmi-lədun araşdırmalarımız göstərir ki, əsərdəki doğulan uşaq PANGEOİSTdir.

 

Nədir (kimdir) Pangeoist?

 

Bunu izah etmək üçün Yer kürrəsinin əvvəlki halına qayıdaq. Elmə məlumdur ki, ilk yaranışda Yer kürrəsində cəmi bir materik olub ki, onun da adı Pangeya olub. Həmin materiki əhatə edən okean isə, Pantalas olub.

Zaman keçdikcə həmin Pangeya materiki əvvəlcə iki hissəyə - Lavrasiya və Hondvanaya bölünmüşdür. Hazırda isə, altı materik olduğu hamınıza məlumdur.

"Pangeoist” sözün mənşəyi isə, "Pan os” – "tam”, "bütöv”, "kök” (özül); "geo” – "Yer” mənası verməklə, "bütöv Yer” mənasını bildirir.

Göründüyü kimi, ilk yaranışda Yer bütöv olmuş, əsrlər keçdikcə parçalanaraq indiki halına gəlmişdir. Necə ki, insanlar əvvəlcə bir atadan və bir anadan (Adəm və Həvvadan) doğulduqdan sonra millətlərə, xalqlara parçalandılar; daha sonra irqlərə, dinlərə, təriqətlərə... parçalandılar və hazırki hallarına gəldilər. Həmin eyni atanın və ananın övladları artıq biri-birlərinə düşmən kəsilərək, bir xalq digərinin, bir din o birinin qanını içməyə hazırdır və içirlər də!

Salvador Dalinin şifrəli əsərindəki yeni doğulan Pangeoist adlandırdığımız körpə həmin bu parçalanmanın qarşısını alacaq və Yeri əvvəlki halına – bütöv Yer halına gətirəcək şəxsdir.

O şəxsin fəaliyyəti ilə Yerdə yaşayan bütün insanlar vahid bir ideya ətrafında birləşərək, bu günkü düşmənçiliyə və müharibələrə son qoyacaq, sülh, əminamanlıq şəraitində yaşayacaqlar.

Etiraf edək ki, bu gün bəşəriyyət arasında yaranan qarşıdurmanın kökündə ilk növbədə dinlər dayanır. Daha dəqiq desək din mafiyaları (dinlərin mafiyalaşması) dayanır. Dünyaya açıq gözlə baxsaq "Buddizim”, "Atəşpərəstlik”, "Musəvilik”, "İsavilik” və "İslam” adı altında fəaliyyət göstərən mafiyaların dünya sərvətləri, nüfuz dairəsi uğrunda necə qanlı savaş apardıqlarını görmək olar. Bu savaşda qazanan yuxarıda sadaladığım mafiyalar, onların başında duran mafiozlar; itirən isə, onları din bilib, ardıyca gedən sadə insanlardır. Bu mafiyalar insanları öz ardıyca aparmaq, özlərinə tabe etdirmək üçün ibadətgahlar (kilsələr, sinaqoqlar, məscidlər...) düzəldir və ora "Allah evi” adı verirlər (halbuki, Allah hər yerdə, özəlliklə də insanın qəlbindədir).

Mafiya başçılarının gəlir mənbəyi olan bu ibadətgahlarda əsas təbliğat onun üzərində qurulur ki, başqa dinlərə (yaxud təriqətlərə) mənsub olan insanlar sizin düşməninizdir və mütləq onları qətlə yetirib, sərvətlərini və yurdlarını əllərindən almalısınız. Onlar əsasən, savadsız, elmsiz, işsiz-gücsüz insanları öz təsiri altına salaraq, onlara maaş vəəd verməklə müharibələrə cəlb edirlər. Nəticədə həmin müharibədə iştirak edən tərəflərə həm silahlarını satır, həm əsir götürdükləri insanları (onların orqanlarını) satır, həm də qarətçilikdən küllü miqdarda sərvət qazanırlar. Bir çox hallarda müharibədə iştirak edən əsgərlərin maaşlarını və sığortalarını da vermirlər (əsgərlər ölüncə döyüşür, ömürlərini mafiyaların yolunda qurban verirlər).

Bütün bunların qarşısın almaq, insanları din mafiyalarının əsarətindən qurtarmaq üçün əsərdə təsvir edilən Pangeoist insanlara elmlənməyi və bu mafiyaların quraşdırdıqları ibadətgahlardan "Allah evləri”ndən uzaq durmağı tövsiyyə edəcəkdir. Beləliklə, onun təbliğatı bütün dünyaya yayılacaq və insanlar öz əvvəlki hallarına – birlik və sülh hallarına qayıdacaqlar.

Oxucuda sual yaranacaq ki, Pangeoist ideyasının rəhbəri (əsərdəki doğulan uşaq) və onun ardıyca gedənlər dinsiz olacaqlarmı?

Əlbətdə ki, yox! Onlar Yaradanın birliyini qəbul edəcəklər. Öz fəaliyyətlərində elmə, əxlaqa, halallığa və dürüstlüyə - bir sözlə, bəşəri dəyərlərə üstünlük verəcəklər. Sadəcə, indi mövcud olan (mafiyaların nəzarətində olan) heç bir ibadətgaha getməyəcəklər və özləri də heç bir ibadətgah yaratmayacaqlar. Onlar yuxarıda qeyd etdiyimiz kimi, Allahın təkliyini, hər yerdə olduğunu qəbul edəcəklər. Bu səbəbdən onların inancı daha çox bütün kitab verilmiş peyğəmbərlərin babası olan İbrahim Peyğəmbərin təbliğ etdiyi Tovhidə (tək Allahlığa) uyğun gələcəkdir. Bildiyimiz kimi, Tovhid bütün dinlərin mənbəyi, başlanğıcıdır (həmin vaxt ibadətgah olmayıb). Beləliklə, yeni doğulmuş Pangeoist həm millətləri, həmm də dinləri ilkin mənbəyinə, başlanğıcdakı halına gətirəcəkdir ki, bu da insanlar arasında sülhün, əminamanlığın yaranmasına səbəb olacaqdır...

 

Salvador Dalinin "Geopolitik uşaq yeni insanın doğumunu seyr edir” əsərində diqqət çəkən digər məqam xəritə önündə dayanmış qadının Azərbaycana işarə etməsidir. Elmi-lədun araşdırmalarımız göstərir ki, yeni doğulan Pangeoist və onun təbliğ edəcəyi pangeoizm ideyası həqiqətən də çox qısa zamanda Azərbaycanda meydana çıxacaq və buradan bütün dünyaya yayılacaqdır.

O ki, qaldı əsərdə təsvir edilən qadına (qadının kimliyinə), həmin qadın bu ideyanın yayılmasına dəstək olacaq güclü bir qadındır ki, kimliyi zaman keçdikcə insanlara məlum olacaqdır...(moderator.az)

Paşa YAQUB- psixoloq

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300