masalli_giris

Əvvəlki saylarımızdan birində Masallı rayon sakini, 1992-ci il təvəllüdlü Ağayev Elnurun böyük miqdarda pulunu öz həmkəndlisinin mənimsədiyindən şikayətçi olduğunu yazmışdıq. O bildirir ki, Moskva Univermağında satıcı işləyərkən həmyerlisi, 1977-ci il təvəllüdlü Məmmədov Zaur Qalabəy oğlu onun etibarından sui-istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarını götürərək geri qaytarmayıb.

E.Ağayev Z.Məmmədova qarşı Masallı rayon Məhkəməsində iddia qaldırıb. Məhkəmə iddiaçıya 3700 dollar dəyərində zərərin dəyməsi barədə qərar çıxarıb. Qərara görə, həmin məbləğ Z.Məmmədovdan alınaraq iddiaçıya ödənilməlidir. Masallı rayon icra şöbəsinin icra məmuru Gündüz Mehdiyevin 03.08.2015-ci il tarixdə E.Ağayevə verdiyi cavabda bildirilib ki, onlar Z.Məmmədovun yerini hələ də müəyyənləşdirməyib. E.Ağayevin sözlərinə görə, icraçıdan bu qərarı aldıqdan sonra Masallı Rayon Polis Şöbəsinə müraciət edib. Pasport və Qeydiyyat İdarəsinin rəisi, polis polkovnik-leytenantı Seyran Davudlu ona "borclunun sənədinə stop qoyulub” deyib. Şikayətçi ona dəymiş zərərin ödənilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin 102 "Qaynar xətti”nə və daxili işlər naziri Ramil Usubova dəfələrlə müraciət etsə də, problem həll olunmayıb. O, intihar həddinə çatdığını bildirir.(azadliq.info)


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300