"AzTV-dəki qanunsuzluqlarla bağlı araşdırma aparmaq üçün İctimai araşdırma qrupu yaradılır”.

 

BakiPost.az xəbər verir ki, bu barədə AzTV-nin keçmiş əməkdaşı, rejissor Nərgiz Cabbarlı məlumat verib. O bildirib ki, AzTV-də belə vəziyyətin yaranmasına səbəb Alışanovun bu işlərdən xəbərsiz olmasıdır: "Mütəxəssislərin fikrincə, belə vəziyyətin yaranmasının əsas səbəblərindən biri AzTV sədri Arıf Alışanovun yaradıcı işdən uzaq olması, yanlış kadr siyasəti, kanalı şəxsi təsərrüfatı kimi idarə etməsi, ciddi qanun pozuntularına yol verməsidir. Telekanalda peşəkarların sıxışdırılması, mənəvi mühitin korlanması, dövlət vəsaitinin təyinatı üzrə xərclənməməsi, xarici şirkətlərlə müəmmalı maliyyə əməliyyatlarının aparılması barədə mediada məlumatların çoxalması A.Alışanovun fəaliyyətinə diqqət yetirilməsini tələb edir. Bunu nəzərə alaraq biz televiziya işçiləri AzTV sədrinin son 10 ildəki fəaliyyətini təhqiq edən İctimai araşdırma qrupu yaratmağı qərara almışıq”.

 

N.Cabbarlı vurğulayıb ki, İctimai araşdırma qrupunda televiziya işçiləri ilə yanaşı, hüquqşünaslar və QHT nümayəndələri də təmsil olunacaq:"Biz Alışanovun bütün sahələr üzrə fəaliyyətini araşdıracağıq və bu barədə həm ictimaiyyətə, həm də dövlət qurumlarına məlumat verəcəyik”.

 

Qeyd edək ki, bu günlərdə mətbuatda Arif Alışanovun ofşor zonada şirkətlərinin olmasıyla bağlı məlumatlar yayılıb. Bildirilir ki, AzTV-nin son on bir ildə dövlətdən aldığı 704 milyon manat vəsaitin təxminən 158 milyonu əsasən naməlum xarici şirkətlər vasitəsilə "xərclənib”. İddia olunur ki, A.Alışanov belə faktların detallı şəkildə üzə çıxmaması üçün xüsusi elçiləri vasitəsilə Maliyyə Nazirliyinin və Hesablama Palatasının saytlarında AzTV-nin maliyyə əməliyyatları ilə bağlı məlumatları sildirməyə çalışır. Maliyyəçi sədrin ən ciddi problemi isə Satınalamalar üzrə Dövlət Agentliyinin müsabiqə reyestrləri bazasındakı məlumatlarla bağlıdır. Alışanovun son 5-6 ildəki alqı-satqılarının siyahısı və ofşor şirkətləri ilə apardığı əməliyyatlar barədə əsas bilgilər, məhz bu məlumat bazasındadır.//bakupost

 

Uluyol.info

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300