Azərbaycanda növbəti əfv verilib..

"Qaynar" APA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün bu barədə sərəncam imzalayıb.

Millət vəkili, Əfv Məsələləri üzrə Komissiyanın üzvü Elmira Axundova "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu əfv sərəncamı 1995-ci ildən bu yana imzalanmış ən geniş həcmlisidir:

"400-dən yuxarı şəxsə şamil oluna bilər. Son 1 il ərzində Əfv Komissiyası toplaşmamışdı, buna səbəb isə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın ötən ilin 28 mayında verdiyi amnistiya aktı ilə bağlı idi. İşlər onun icrasına yönəlmişdi. Biz qərara gəldik ki, il ərzində yığılmış ərizələrə baxaq. Komissiyanın 8 iclası keçirildi".

***

Əfv Məsələləri Komissiyasının üzvü, Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev azvision.az-a bildirib ki, prezidentin sərəncamı ilə 423 məhkum əfv edilib: "Sərəncamla 412 nəfər azadlıqdan məhrumetmə cəzasından, 11 nəfər isə onlara verilən müxtəlif cəzalardan azad edilib".

Qeyd edək ki, rəsmi mətbuat hələlik sərəncamı dərc etməyib. Bu səbəbdən əfvə düşənlərin siyahısı bəlli deyil.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300