Türkiyənin haker qrupu Rusiyanın 61 saytını dağıdıb
 
Türkiyənin "Ayyıldız Tim" adlı haker qrupu Rusiyanın bir qrup saytının fəaliyyətini iflic edib.

 "Report"un "Milliyət"ə istinadən verdiyi məlumata görə, haker qrupu Rusiyanın 61 saytnı dağıdıb.

Həmin saytlarda ən çətin zamanlarda Türkiyənin Rusiyanın yanında olduğu bildirilib və ruslar məsum insanların ölümündə günahlandırılıb: "Türkiyə hər zaman rusların ən çətin anında Rusiyanın yanında olub. Avropa və ABŞ Moskvaya qarşı sanksiya tətbiq edəndə, Türkiyə bu sanksiyaalara məhəl qoymadı. Rusiya isə gedib alçaq ermənilərin yanında oldu, erməni soyqırımını dəstəklədi, Suriyaya ordu göndərdi və heç bir günahı olmayan türkmənləri bombaladı, məsum insanları öldürdü".

Hücum edilmiş saytlarda Mustafa Kamal Atatürkün və Türkiyə bayrağının fotosu yerləşdirilib. Üstəlik saytlar açıldığı zaman "Mehtər Marşı" səslənir.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya hakerləri Türkiyənin bir neçə sayta hücum etmişdi.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300