Qusar sakini balaca Şənayın 6 yaşı var. O, rayon 1 saylı tam orta məktəbin 1-ci sinfində təhsil alır.

ARB Şimal xəbər verir ki, yaşıdları yalnız 2, 3 riyazi əməli həll edə bildiyi halda Şənay 35, 40 riyazi əməli bir neçə saniyəyə hesablayır.

Riyaziyyatla yanaşı coğrafi biliklərə də yiyələnib. 2 ay ərzində dünya xəritəsini öyrənib. Hazırda bütün ölkələri xəritə üzərində göstərə bilir. Eyni zamanda ingilis dilini də, mənimsəyib.

Valideynləri bildirir ki, Şənay dərslərinə cəmi 1 saat vaxt ayırır. O, dərslərini oyunlar və kiçik müsabiqələr əsasında öyrənir.

Coğrafiya, riyazi və ingilis dili biliklərini inkişaf etdirmək üçün heç bir əlavə məşğələlərə getmir. Bu işdə ona yalnız valideynləri kömək edir. Bütün bu bacarıqları ilə yanaşı Şənay milli rəqslərimizi də gözəl ifa edir.

Balaca istedad həmçinin Heydər Əliyev mərkəzində təşkil olunan bacarıqlı əllər dərnəyinin üzvüdür, eyni zamanda gimnastika ilə də məşğul olur.

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300