"VHP-nin növbəti qurultayı gələn ilin yaz aylarında keçiriləcək”.
 
Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı deyib.
 
R. Manaflı bildirib ki, VHP-nin qurultayının vaxtı bölgələrdə keçirilən konfransların gedişindən asılıdır. Onun sözlərinə görə, 80-dən çox rayonda qurultay nümayəndələri seçildikdən sonra partiya özünün qurultayını keçirəcək.
 
R. Manaflı qeyd edib ki, hazırda VHP sədri Sabir Rüstəmxanlıya alternativ namizəd yoxdur: "Sabir Rüstəmxanlı yenidən partiya sədrliyinə namizəddir. Ümumiyyətlə, hesab edirəm ki, digər partiyalarda olduğu kimi, onun da VHP sədrliyindən getməsi, istefalara səbəb ola bilər. Kimsə namizədliyinə irəli sürə bilər, ancaq fakt ondan ibarətdir ki, partiya rəhbərliyində Sabir Rüstəmxanlının namizədliyi ilə bağlı yekdil fikir var. Sabir Rüstəmxanlının növbəti müddətə VHP sədri seçilməsində hər hansı fikir ayrılığı yoxdur”. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300